Sosal şəbəkələrdə Çin ordusunun bu ölkədə hakimiyyətin hərbçilər tərəfindən ələ keçirilməsindən sonra yaranmış xaos fonunda Mayanmaya daxil olmasını əks etdirən videorolik yayılıb.
Bundan əvvəl müxalifət bəyan etmişdi ki, Çin sərhədə Myanmadakı boru kəmərlərini qorumaq üçün hərbçilər yığır. Kəmərlə ölkə neft və qaz alır.
İnternetdə yayılmış videodan Çin bayrağı altında hərəkət edən hərbi avtomobillər dəstəsi görünür. Sosial şəbəkə fəalları təsdiqləyirlər ki, Çin Myanmaynın Muse sərhəd şəhərinə ordu yeridib.
Bundan əvvəl «The Irrawaddy» müxalifət nəşri yazıb ki, sərhədin o tərəfində Çinin Juyli şəhərində ordu toplaşır.
Mayanmadakı silahlı birləşmələrdə olan mənbələr bildiriblər ki, Çin qaz və neft kəmərlərinin qorunması istqamətində tədbirlər görməli olduğu xəbərini göndərib.
Mayanma şelfdən hasil edilən nefti və qazı Çinə tədarük edir. Buna baxmayaraq, ölkə bu eneri daşıyıcılarının iri ixracatçısı sayılmır.
"AzPolitika.info"


Şərhlər
Çin Myanmanı işğal etdi!