HESABLAMA PALATASI QHT ŞURASINDA HANSI QANUNSUZLUQLARI AŞKARLAYIB? - "Bütün nöqsanlar artıq aradan qaldırılıb"

Hesablama Palatası ötən il dövlət qurumlarında aparılan maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb. Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Sənəddə korrupsiya, mənsəmə və digər pozuntu faktları ilə bağlı maraqlı məlumatlar var. Hesabatda qeyd olunub ki, il ərzində ən çox nöqsan ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda, Aqrar Xidmətlər Agentliyində və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında aşkar olunub.

Qeyd edək ki, Hesabalama Palatasının ötən illə bağlı hesabatı dərc olunmazdan xeyli əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurasında aparılan yoxlmalar barədə mediada və sosial şəbəkələrdə məlumat yayılmışdı. Həmin informasiyalarda qeyd olunurdu ki, Şurada bir neçə milyon manatdan artıq vəsait düzgün xərclənməyib.

Məsələn, Hesablama Palatasının hesabatında bildirilir ki, sənədlərdə 1 milyon manata yeni mətbəənin alınması göstərilsə də köhnə avadanlıq quraşdırılıb, daxili xərclər üçün ayrılan 2 milyon manat vəsait düzgün bölüşdürülməyib. O cümlədən Şuranın fəaliyyətinə ştatdan əlavə çoxsaylı işçilər cəlb edildiyi, onların əksəriyyəti Şuranın rəhbəliyinin qohumları olduğu iddia edilir.

Həmçinin qeyd edilir ki, iki il əvvəl istifadəyə verilmiş "Səlis" xidməti üçün hər il yüz minlərlə manat vəsait xərclənib. Daha sonra satınalmalarda açıq tenderler olmayıb, digər üsullardan istifadə olunub. Eyni zamanda tenderlərədə qalib gələn şirkətlərin, MMC-lərin də rəhbərliyə yaxın insanlara məxsus olduğu bildirilir

Mediada yayılan məlumatlarda QHT Şurasının əvvəl yerləşdiyi ofisin Prezidentin keçmiş köməkçisi Əli Həsənova məxsus olduğu, onun təmirinə kifayət qədər iri vəsaitlər sərf olunduğu qeyd olunur. Şura Əli Həsənova hər ay 18 min manat kirayə haqqı ödəyib.

Keçmiş şöbə müdiri hakimiyyətdən qovulduqdan sonra A. Quliyev onun ofisindən çıxaraq "Çinar" Plazada məskunlaşıb. Tənqidçiləri iddia edirlər ki, bununla o Əli Həsənovla yaxınlığını gizlətməyə cəhd edib.

İttihamlarda bildirilir ki, Azay Quliyevin mediada toxunulmaz şəxs olması da təsadüfi deyil. Çünki əksər media rəhbərləri bu və ya digər şəkildə Şuranın işinə cəlb edilib, layihələri maliyyələşdirilib.

Qeyd edək ki, Hesabalama Palatasının sənədində nöqsanlarla bağlı düzgün ölçü götürülməməsindən şikayət edilir: "Əvvəlki illərdə də qeyd edildiyi kimi, dövlət vəsaitlərinin qanunauyğun, səmərəli, qənaətli və nəticəli istifadəsində nöqsanlara yol verən vəzifəli şəxslərə münasibətdə zəruri intizam tədbirləri tətbiq edilmir".

Palata həmin vəzifəli şəxslərə yalnız xəbərdarlıq edildiyini, həmin şəxslərin öz vəzifələrini davam etdirməsi ilə gələcəkdə də bu istiqamətdə xarakterik nöqsanlara yol vermə riskinin əhəmiyyətli olması qənaətini bir daha vurğulayır.

Yeri gəlmişkən, Palatanın bu iradını QHT-lərə Dövlət Dəstəyi Şurasına aid etmək olar. Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Şura publik hüquqi şəxsə çevriləcək. Onun yeni Müşahidə Şurası isə yenə Azay Quliyev tərəfindən formalaşdırılıb.

Yeni tərkibdə QHT rəhbərlərindən İsrail İsgəndərov, İlqar Orucov, Əvəz Həsənov, Mehriban Zeynalova, Ramil İsgəndərov və "ASAN" Könüllüləri Təşkilatının rəhbərinin təmsil olunacağı gözlənilir. Azay Quliyevin yenidən sədr kimi qalması isə qanunvericiliyə uyğun gəlmir. Çünki qanunverici orqanın təmsilçisinin icra strukturunda təmsil olunması hüquqi baxımdan doğru deyil.

Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov musavat.com saytına müsahibəsində bu ittihamlara cavab vermişdi. Onun sözlərinə görə, Hesablama Palatası keçən ilin sentyabrın 15-dən oktyabrın 15-dək Şuranın Katibliyində yoxlamalar aparıb və bu yoxlamalar Katibliyin fəaliyyətinin 3 ilini (2017–2019-cu illər) əhatə edib.

Yoxlama zamanı aşkar olunan nöqsanlar haqqında danışan F. Qurbanov bildirib ki, qeyd olunan 3 il üzrə Şuranın Katibliyinin maliyyə fəaliyyətinin bütün sahələri yoxlanılıb.

İcraçı direktor Şura Katibliyinin xərcləri barədə deyib ki, proqnoz layihələrin hazırlanması prosesində Şuranın funksional fəaliyyəti, Katibliyin saxlanılması və QHT-lərin qrant müsabiqəsi layihələri üzrə keçirilməsi nəzərdə tutulmuş tədbir və layihələrin sayına uyğun ehtimal olunan xərclərin müəyyənləşdirilməməsi və maliyyə yardımının həcminin əsaslandırılması barədə dəlillərin tam olmaması ilə bağlı bir sıra iradlar bildirilib.

F. Qurbanovun sözlərinə görə, Palata Şura Katibliyinin satınalmalarına əsasən iki irad bildirilib: "Birinci irad bəzi malların ehtimal qiymətlərinin müəyyənləşdirilməsi metodologiyasının tətbiqi vəziyyəti ilə bağlıdır. Bütün satınalma əməliyyatlarına ehtimal qiymətlərin müəyyənləşməsi "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq aparılıb. Qanunda ehtimal qiymətlərin müəyyən edilməsinin metodologiyası qeyd olunmadığına görə ehtimal qiymətlər müəyyənləşdirilərkən orta bazar qiyməti əsas götürülüb. Şuranın 2020-ci ildə keçirilən tenderlərində bu məsələlər nəzərə alınıb və tenderin ehtimal qiymətləri qaydalara uyğun olaraq müəyyənləşdirilib.

Digər bir irad isə Şura Katibliyinin həyata keçirdiyi tədbirlərə bağlıdır. Şura Katibliyi şəffaflığa xüsusi önəm verən dövlət qurumu kimi keçirdiyi bütün tədbirlərlə bağlı daim ictimaiyyətə geniş məlumatlar verir. Bu məlumatlar hazırlanarkən onların ictimai-siyasi əhəmiyyətinə diqqət yetirilir və daha çox tədbirlərin işgüzar mühiti fotolarda canlandırılır. İaşə və bəzi texniki xarakterli məsələlər isə bəzən diqqətdən kənarda qalır. Bu tədbirlərin icrasını həyata keçirən podratçı təşkilatlar tələb olunan bütün komponentlərə yetərincə diqqət yetirməyiblər.

Bu səbəbdən Hesablama Palatasının yekun rəyində qeyd olunan nöqsanlar podratçı təşkilatlar tərəfindən aradan qaldırılıb.

İcraçı direktor ittihamlarda ən çox istinad olunan "QHT Nəşriyyatı" ilə bağlı məsələdən də danışınb: "“QHT Nəşriyyatı” MMC 2012-ci ildə təsis edilib və öz hesabına fəaliyyət göstərib. Yəni, Şura nəşriyyata hər hansı bir dotasiya ayırmayıb. Ümumiyyətlə, nəşriyyatın yaradılması qərarı bu sahədə aparılan araşdırmalardan sonra qəbul edilib. İlk illərdə QHT layihələrinin icrası çərçivəsində orta hesabla 500 minə yaxın vəsait nəşr xərclərinə yönəldilib. Burada ən böyük problemlərdən biri çap məhsullarının keyfiyyəti ilə bağlıdır. Fəaliyyətə başladığı ilk illər ərzində bu nəşriyyat QHT-lərin sifarişlərini icra etsə də, sonrakı illərdə sifarişlərin həcmi tədricən azalıb, son bir-neçə ildə isə ümumiyyətlə QHT sifarişləri olmayıb".

Xatırladaq ki, bir müddət əvvəl “QHT Nəşriyyatı”ının ləğv olunduğu açıqlanıb

F. Qurbanov 3 ili əhatə edən yoxlamalar nəticəsində aşkarlanan bütün nöqsanların QHT-lər, podratçı təşkilatlar və Katiblik tərəfindən artıq aradan qaldırıldığınıl vurğulayıb.

Rasim

"AzPolitika.info"

635x100

Şərhlər

Araş 2021-04-16 20:48:45

Bunların gözləri ayaqlarının altını görmürdü. İllahda Fərasət Qurbanovun. Özünü oliqarx hesab edirdi. Əli Həsənova arxalanırdı. Hamısını işdən çıxartmaq, Şuranı da ləğv etmək lazımdır..Hər birinin 10-15 qht-si var. Pullar həmin qht-lərə və 30 faizlə qrant satdıqları qht-lərə gedirdi. İş görən qht-lər kənardan baxa-baxa qalırdılar.

Mehman 2021-04-16 19:02:04

Başa düşmürük ki,öz ciblərinə işləyən Şuranı niyə ləğv etmirlər. Hökumətin deyəsən pulu artıq düşüb eee.

Nazim 2021-04-16 16:25:50

Bu qədər nöqsanları oldiģu halda Şuradakılar boş yerə dövlətdən yūksək maaş alırlar. 12 ildə yıģdıqları da yeddi arxadönənlərinə bəs edər. Qrznt mūsabiqədi də yoxdur. Nəyə görə bunlara maaş verirlər?! Çox maraqlıdr!!!

Qaçqın 2021-04-14 19:29:37

Şura və MQHT Forumu qht-lərə bir xeyir vermir. Bu 2 qohum-əqraba və tayfa yıģnağı ancaq öz ciblərini doldurmaqla, dövlətin pylunu oģutlamaqla məşģuldurlar. Forumun idatə heyətində təmsil olunanların övladları Şurada işləyir. Forumda yūksək məqamlarda təmsil olunanlar eyni bölgənin adamlarıdır. Rauf Zeyni yerlibazlıq, tayfabazlıq prinsipləri ilə idarə edir

QHT-lər 2021-04-13 16:07:35

Şuradan var-dövlət yığıb oliqarxa çevrilən Azay Quliyev, Fərasət Qurbanov və şura ūzvlərindən Milli QHT Forumunun prezidenti-Azay Quliyevin yaxın qohumu olan Rauf Zeynidən başqa heç kim ceyir görməyib. Ləģv olunsa daha yaxşı olardı.

Məmləkət 2021-04-13 10:14:05

Deyilər ki QHT-lər nöqsanları aradan qaldırıblar. Görəsən hansı nöqsanları? Bunlar hansı qht-lərdir? Təbii ki Şuranın sədri, icraçı direktoru, şura ūzvlərinin qohum, tanışlarının adlarına təsis etdikləri qht-lərdir.

Yaģmur 2021-04-12 23:55:10

Ay Siyasət m., Şura qht-lər ūçūn deyil, Əli Həsənov, Ramiz Mehdiyev, Azay Quliyev, Fərasət Qurbanov, Şuranın ūzvləri olan dəllalar ūçūnmūş.

QHT-lər 2021-04-12 17:02:58

Bir gün bunların da məhkəməsinin qurulacağına heç inana bilmirik!!! Fərasət Qurbanov hər zaman "hər şey öz əlimizdə deyil məgər?! devizi ilə işləyir və bu kəlimələri qht-lərin qarşısında əda ilə işlətməyi çox sevirdi. Halal olsun! Həqiqətən də hər şey öz əllərində imiş də... İndi də oturub havayı yerə yaxşı maaş alırlar.

Siyasət m. 2021-04-12 16:50:34

Artıq il yarıya yaxınlaşır. Ancaq qrant müsabiqəsi elan olunmur. Əgtər layihə olmayacaqsa, Şura kimə lazımdır?.Axı adı QHT-lərə Dəstək Şurasıdır. Deməli QHY-lərə deyil, korrupsionerlərə Dəstək Şurasıdır. Birdəfəlik ləğv olunsun! Dövlət pulunu havayı yerə Azay Quliyevə, Fərasət Qurbanova, qohum əqrabalara maaş verməklə göyə sovurur. Oturublar rahat plazada yüsək maaş alıb, kef çəkirlər. Yazıq QHT-lər də əlləri boş, heç bir iş görə bilmirlər. Bu Şura kimin üçündür?!

Səlman 2021-04-11 10:03:03

Şəkildə gördüyünüz Azay müəllimin diplom verdiyi bu qadın qht sədri Fərasət Qurbanovun layihə dəllalıdır. Adını belə yaza bilmir. Ən yüksək məbləğdə layihələr alır. Bunlar belə metodlarla işləyib dövlətin milyonlarını mənimsəyiblər. Təbii ki Əli Həsənova arxalandıqları üçün. Şura ancaq Azayla Fərasətə bir də Əli Həsənova pulları mənimsəmək üçün lazım idi. Bir də ortada dəllalıq edən 5-10 qht və KİV nümayəndələrinə

Arzu xanım 2021-04-10 13:05:18

Azay Qulevlə Fərasət Qurbanov bundan sonra nə üzlə qht-lərin qarşısına çıxacaqıar. Təbii ki şəffaf işləyən qht-ləri nəzərdə tututram. Axı, o yazıq qht sədrlərinmin qanını içirdilər. Özləri demə korrupsiyanln içində imişlər...Hələ Şurada bir Xanım müəllimə vardı. QHT-lərə qan uddururdu. Demə, Tahir Süleymanovun baldızı imiş ona görə

Nailə 2021-04-10 12:58:04

https://www.aztoday.az/news/36834.html Bu linkə baxsanız Azay Quliyevin 12 il Şura sədri olduğu vaxtda dövlətdən nə qədər pul oğurladığını görəcəksiniz.

Kəlbəcərli 2021-04-07 10:49:58

Yeni Şura üzvlərinin siyahisini görəsən kim tərtib edib. Məgər bundan sonra Şura üzvləri təyin olunacaqlar? Əvvəllər “seçki” ilə idi axı. Keçən il seçki olmalı idi. Şurada ermənilərin Azərbaycandakı hüquq müdafiəçisi Əvəz Həsənovun bircə yeri əksik idi. Onsuz da ən yüksək məbləğdə qrantlar Əvəzə verilirdi. Azay müəllimlə Fərasət müəllimin ona xüsusi simpatiyaları var. Həəə deməli indi də Şuranı ermənipərəstlər idarə edəcəklər belə çıxır.

Səma 2021-04-07 10:25:06

Şuranın baş mühasibi Emin Məmmədov Azay müəllimin baldızının əridir. Mühasib şahin Məhərrəmovsa qardaşının bacanağıdır. Keçmiş baş mühasib Tofiq Həsənov həm şahinin qaynatası həm də Azayın qardaşının qaynatasıdır. Beynəlxalq şöbənin müdiri Toğrul Məmmədov Şura üzvü Sahib Məmmədovun oğlu, sektor müdiri Nədimə Rəhimli Milli QHTForumu İdarə heyətinin sədr müavini İradə Rzazadənin qızı, keçmiş baş məsləhətçi Xanım Cəbrayılova Əli Həsənovun müavini Tahir Süleymanovun baldızı, məsləhətçi Vüsalə Süleymanova və Ülkər Süleymanova isə Tahir müəllimin qardaşı qızlarıdır. Ehhh, siyahi böyükdür. Şura qohum-qardaş holdinqidir.

Siyasət m. 2021-04-07 10:13:39

Azay Quliyevin özünü məsum kimi göstərməyinə baxmayın. Bütün korrupsiyanın başında özü durub. əgər onun göstərişi olmasaydı Fərasət Qurbanov 30 faizdən layihələr satmazdı. Onların hər ikisi məsuliyyətə cəlb olunmalıdırlar. Dövlətin iş görən qht-lər üçün ayırdığı pulları Əli Həsənovun rəhbərliyi ilə halal ata malları kimi bölüşdrürdülər. Yazıq şəffaf iş görən qht-lərin qanını içirdilər.

Teymur 2021-04-06 22:20:17

Azay Quluyevin gördüyü işlər hamısı saxtadır. Yazırlar ki, yol verilmiş nöqsanlar(qanunsuzluqlar) aradan qaldırılıb. Yol verilmiş qanunsuzluqlara görə bunlar məsuliyyətə cəlb edilməlidirlər.

Arzu xanım 2021-04-06 20:46:56

Əgər Şurada Əvəz Həsənov təmsil olunarsa vay bu millətin halına. Beynəlxalq donorlardan qrant almaq ūçūn ermənilərə yaltaqlananın biridir. Çox heyf!!!

Millət 2021-04-06 20:27:55

Yazıq millət. Yaģışdan çıxıb yaģmura dūşəcək belə çıxır. Bircə ermənipərəst,,, çatışmırdı. Ermənilərlə bir sūfrədə oturub Azərbaycan dövlətinin əleyhinə danışan.

Səma 2021-04-06 20:07:20

Şura Fərasət Qurbanovun şəxsi holdinqidir.

Elnur Əlizadə 2021-04-06 12:54:04

Azay Quliyev şuranın hesabına bir neçə bahalı maşın alıb.

Veteran 2021-04-06 10:19:11

A kişi kimə inanasan?Hamısı bandit yığınağıdır....

Vətəndaş 2021-04-06 10:18:16

Bu məmurların içində salamat adam yoxdur. Hamısı biz millətə necə var atıblar

Son yazılar