“Biz Ukraynanı yüksək səviyyədə dəstəkləyirik və onlara qarşı təhdidin qarşısını almağa çalışırıq, ancaq Ukraynanın Alyansa üzvlüyü barədə qərarı NATO verməlidir”.
“Report” UNİAN-a istinadən bildirir ki, bunu Ağ evin mətbuat katibi Cen Psaki deyib.
Onun sözlərinə görə, Ukrayna NATO-ya üzv olmağa çoxdan cəhd göstərir və ABŞ prezidenti Cozef Bayden administrasiyası bu məsələni onlarla müzakirə edir.
Pentaqonun sözçüsü Con Kirbi isə bildirib ki, Rusiyanın Krımda və Ukrayna ilə sərhəddə öz gücünü artırmaqda niyyətinin nə olması barədə danışmaq çox çətindir: “Bununla belə ABŞ vəziyyəti izləyir”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski NATO-nu Qara dənizdə mövcudluğunu gücləndirməyə, ABŞ isə Rusiyanı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırıb.


Şərhlər
Mence müharibe olsa Ukraina qurbanluq quzıu kimi ortadz aalacaq ABŞ Avropa ölkeleri heçbir kömek etmeycek nece ki Gürcüstana etmediker .Onlar çox riyakar bir saddırlar etibarsuz ve haqsız .Qarabağ meselesinde MQ hemsedri Feansanın mövqeyi buna subut olabiler .Çox şerefsiz ve şeyaqeyetsiz mövqe sergiledi “demokratik ölke”.