İLQAR MƏMMƏDOV OLİQARXLARIN MÜDAFİƏSİNƏ QALXDI – “Onların var-dövləti müsadirə olunarsa...”

ReAL Partiyasının sədri İlqar Məmmədov müxalifət düşərgəsinə qarşı növbəti ittihamlar səsləndirib. "AzPolitika.info" xəbər verir ki, o sosial şəbəkədəki hesabında bəzi partiyaları populist fikirlər söyləməklə cəmiyyəti çaşdırmaqda ittiham edib.

“Populistlər bir çox azərbaycanlının şüuruna yeridiblər ki, ali və orta məmurların və onların yaxın-uzaq qohum-əqrabasının birbaşa ya da dolayısı ilə korrupsiyadan əldə etdikləri var-dövlət müsadirə olunarsa və yoxsullara birbaşa yardıma sərf edilərsə, xalq yaxşı yaşayacaq. Bu böyüklükdə yalanı tarixdə ancaq kommunistlər xalqa danışmışdı, sonra isə elə həmin xalqı güllələmiş ya da acından öldürmüşdülər”, -deyə İ. Məəmmədov vurğulayıb.

Partiya sədri oliqarxiyanın var-dövlətinə qarşı səslənən bir sıra şüarları tənqid edib və bunu "bolşevik şüarları” adlandırıb: “Sovetin dağılmasından sonra kapitalın ayrı-ayrı ictimai nöqtələrdə cəmləşməsinə tarix-xalq şərait yaradıb. Bu cəmləşmə bütün ölkələrdə baş vermiş bir hadisədir (daha çox orta əsrlərin sonunda, yeni tarixin əvvəlində). Amma onu milli inkişaf məqsədləri üçün istafədə etməyi bacarmış və bacarmamış xalqlar var.

Populistlər deyir ki, rüşvətxor məmurdan və onun biznesdəki ortağından hər şeyi al, yoxsula payla. Bu, gediləsi yol idisə, kommunistlər tarixdə özlərini doğrultmuş olardı”.

ReAL sədri çıxış yolunu məmur olqarxiyasının əlində olan pulu inkişafa cəlb etməyi təklif edib: “Bəs nə etməliyik? Kapitalın cəmləşməsi faktını milli inkişafın xidmətinə qoymalıyıq. Qismən maliyyə amnistiyası, qismən müsadirə, əsasən isə bu cəmləşmiş var-dövlət iş yerləri, elm və mədəniyyətə təkan verəcək sərmayələrə çevrilməlidir. Bəzən lap elə dövlətin yumşaq məcburlama alətlərindən istifadə etməklə. Amma bütün bunlar qanun aliliyi və sərmayə üçün digər cazibəli xüsusiyyətləri olan iqlimdə edilməlidir.

Bu baxımdan, hazırda oliqarxık çevrələrdə baş verən daxili çəkişmə çox ziyanlıdır. Yerli populistlərin bir çoxunun sponsoru da bəlkə elə o oliqarx qruplaşmalarıdır. Məhz bu cür çəkişmələr kapitalın cəmləşməsi kimi bir tarixi faktı başqa xalqlarda milli inkişafa xidmətdən yayındırıb, bizdə də yayındıracaq – əgər məsuliyyətli siyasi planlama əvəzinə qeyri-sağlam, populistlərə söykənən oliqarxlararası rəqabət üstün çıxarsa”.

İ. Məmmədov populist adlandırdığı siyasi rəqiblərinin şüarlarını tənqid edib: “Onların gündəmini indi məhv etməsək, seçkidə onların öhdəsindən gəlmək hər kəsə daha da çətin olacaq. Seçkiyə hələ var, ona görə xalqı aldadan, yerinə yetirilməsi mümkün olmayan ya da uzunmüddətli inkişafa zərərli sosial şüarlar indidən ifşa edilməli, bu şüarların seçki şansları indidən heçə endirilməlidir”.

Qeyd edək ki, İlqar Məmmədovun bu fikirləri ittiham olunan siyasi təşkilatların funksionerləri və üzvləri tərəfindən sərt reaksiya ilə qarşılanıb. ReAL sədrinin ünvanına kəskin ifadələr səsləndirilib.

Xatırladaq ki, bundan əvvəl ReAL sədri hökumətdən uşaqpulu tələb edən müxalifətçiləri "debil", "yaramaz" adlandırmışdı. Onun təhqiramiz fikirləri də əks düşərgədə adekvat reaksiyalara səbəb olmuşdu.

"AzPolitika.info"

635x100

Şərhlər

Veteran 2021-04-08 23:24:10

Ə bu ...n biri imiş.

Vidadi 2021-04-07 22:33:22

Onun ağlı çaşəb,' ya da ki, türmədə dərman vurublar təsurini indi göstərir.Iynəsi güclü olub Mövqeini dəyişən adamdan nə dövlət nə ailəsi xeyir görər

Vətəndaşşş 2021-04-07 22:11:45

İnsanda gərək ahır-həya ola. Kişi ki sındı at getsin

Mahir 2021-04-07 21:22:19

"Nəyin bahasına olursa olsun Parlamentə düşmək lazımdır" məqsədi ilə İlqar bütün hörmətini, nüfuzunu bu yolda xərcləməkdən çəkinmir Əsas məsələ deputat olmaqdır. Sonra mövqeyini 180 dərəcə dəyişmək çətin deyil. İlqar bilir ki bizim xalqın yaddaşı zəifdir, hər şeyi tez unudur.Amma iqtidar da hərfi deyil haaa. Buna etibar edib etməyəcəyi bəlli olmaz....

Geber 2021-04-07 21:01:16

İlqar Məmmədov oliqarxiya və məmurlara qarşi səlib yürüşünü səngitmək haqda hər şeyi düz və dəq deyir

t.ədalət 2021-04-07 20:46:13

Qurama partiyaların sədrləri çıxışlarını korrektə edə bilmirlər.

.EJDER NAQILBAZ 2021-04-07 18:39:26

Korupsiya,oqurluq,bow bow muwavireler,,analoqu olmayan inkiwaf.naqillar ...

Cabbar 2021-04-07 18:12:43

Buna da bir quş! ....

Məhəmməd 2021-04-07 17:39:10

İlqar Məmmədv niyə satıldı?Onun düşüncələri əvvəlkilərlə təzad təşkil etdiyini o düşünmək qabiliyyəti varmı?

Xalq 2021-04-07 17:13:06

məncə buna yaxşı bir həkim lazımdır!

Mehdi 2021-04-07 17:05:59

Bu ilqar deyəsən cekdiyi çəfanin indi səfasini görur.Malades.

vuqar 2021-04-07 16:40:37

ILQAR MEMMEDOV TAMAMILE HAQLIDIR,DOVLETDE QEYRI-QANUNI YOLLARLA VARLANAN ISTER OLIQARX-MEMUR ISTERSEDE OLIQARX IS ADAMLARINI MESULIYYETE CELB ETMEYIN XUSUSI QAYDALARI OLMALIDI!MESULIYYETDEN HEC KIM YAYINA BILMEZ!

miri 2021-04-07 16:18:54

(ardı) Millət adından guya kimlərin isə pulunu əlindən alıb milləti xoşbəxt etmək arzusunu səsləndirmək isə lap komediyadir. Toplumun kiçik bir hissəsi bu arzuda ola bilər, amma çoxluq bu əyri yolların olmamasını, bu əyriliyi yaradan siyasətin aradan qaldırılmasını istəyir. Kreativ, avropalı, avanqardist adını üstünə götürmək və daha böyük avantürist çağırışlar ilə belə məsələlər həll oluna bilməz. Niyə özünüzü gülünc günə qoyursunuz? İnsanların ümidlərini öldürməyin. Haqq ədalət onsuz gəz tez bərqərar olacaq. Nahaqlari destekleyenleri isə heç kəs bağışlamayacaq.

Ziyalı 2021-04-07 16:14:51

İ.Məmmədovdan xoşum gəlmir, hətta Facebook`da dostluğunu qəbul etməmişdim. Amma bu məsələdə düz deyir, hansı sivil ölkədə oliqarxların əmlakı müsadirə olunaraq kasıblara paylanılıb? Ucuz populistlik edib xal qazanmaq istəyirlər.

miri 2021-04-07 16:10:07

Məmləkətimizin faciələri tükənmir. Özünun də populist adlandırdığı toplumun bir hissəsi "ağ atlı oğlan " gözlədiyi halda əvəzinə "ağ bayraqlı oğlan" gördü. İndi isə həmən oğlan kiçik avanturadan böyük avanturaya çağırış edir. Oğurluq ilə varlanan hakim komanda üzvlərini təbii yolla varlanan oliqarxlar kimi təqdim etməyə çalışır. Guya oğurluq ilə qazanılan pulların hansısa qanun veya qərar ilə (amnistiya) xalqa yönəltmək olar. Hələ bu tarixə qədər belə şey olmadığı halda bu cür avanturaya necə icra oluna bilər. Amma onu bilirəmki, əvvəllər Hafiz hamını guldururdise, indi ilqar bunu edə bilir. Tək fərqi isə bunun dediyinə bir qədər dərin düşüncəsi olanlar gulur.

esger 2021-04-07 16:09:28

Ay Ilqar bey Ogru - yeni oiliqarx? Cunki bizim oliqarxlar yalniz dovlet pulunu ogurlayib varlaniblar hec vaxt veten inkisafina xerclemez sadelovh olmayin qurlayib varlanblarhec vaxt pulunu vetenin inkisafina xerclemez

Bitərəf 2021-04-07 16:01:55

Sən türmədə yatanda səni talançı oliqarxlar yox talanmış,yoxsul millət müxalifət müdafiyə edirdi. Heç olmasa sakit dur.

Eko 2021-04-07 15:45:03

Ilqari yaddan cixartin ((( Aqil abbasnan , onun ferqi yoxdu bilesiz !!!

İ. Məmmədov - a 2021-04-07 15:00:04

..........bunun hər iki əlləri, hokumətin cibindədir və XALQA QARŞI BOŞBOQAZLIQ EDIR........

Son yazılar