Yerevanda polis müxalifətçi qadınları saxlayıb

Bu gün Ermənistan hökuməti binası qarşısında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirən sağçı “Veto” hərəkatının xanım üzvləri polis tərəfindən saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, yerli televiziyaların birbaşa reportaj verdikləri aksiya zamanı həmin qadınlar “torpaqlarımızı təhvil verən, minlərlə uşağımızı ölümə göndərən türkpərəst hökuməti oradan bayıra tullamaq istəyirik” – deyərək binaya yumurta atıblar.

Bundan sonra polis onları saxlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar