Rusiya ordusu Ukrayna ilə sərhəddə səhra düşərgələri qurdu - MÜHARİBƏYƏ HAZIRLIQ...

“Conflict Intelligence Team” təşkilatı öz saytında Rusiyanın Ukrayna ilə sərhəddən 250 km aralıda, Voronej vilayətində ordu birliklərini yerləşdirdiyini yazıb.

Təşkilatın yaydığı foto və video materiallardan həmin hərbi texnikanın Mərkəzi hərbi dairəyə məxsus olduğunu müəyyənləşdirib.

Araşdırmaçıların məlumatlarına əsasən, hərbçilər əsasən Voronejin Maslovka və Tresvyatskaya stansiyalarında cəmləniblər və cənub istiqamətində irəliləməyə davam edirlər. Hərbi texnikanın bəzi kolonları isə Voronejə girmədən Otradnoe şəhər tipli qəsəbənin içindən keçib Ukraynaya doğru yaxınlaşırlar.

Tədqiqatçılar Rusiya qoşunlarının əsasən “Poqonovo” hərbi düşərgəsində toplandığını qeyd edirlər. Poliqon Ukraynanın Luqansk və Xarkov vilayətlərinin yaxınlığına yerləşir. Bundan başqa Rusiya hərbi hissələrinin Voronej əyalətinin Ostroqojsk rayonunda dislokasiya olunduğu barədə xəbərlər gəlir.

“CİT” araşdırma qrupunun rəhbəri Ruslan Leviyev həmin rayonda Rusiyanın “Uraqan” yalylım atəş sistemlərini yerləşdirdiyini bildirib. “Uraqan”dan başqa bölgədə xeyli sayda tank və özüyeriyən artillleriya qurğularını da görmək mümkündür. Ruslar burada texnika ilə bərabər səhra mətbəxi və hospital da qurublar.

Bu gün Ukraynanın məşhur aparıcı-jurnalisti Dmitri Qordon Kremlin Ukraynaya hərbi müdaxiləyə hazırlaşdığı barədə danışıb. Onun sözlərinə görə, hazırda Rusiyada televiziyalar vasitəsilə əhali bu ssenariyə hazırlaşdırılır.

635x100

Şərhlər

t.ədalət 2021-04-09 01:52:52

Bu toqquşmada Putin rus hərbiçilərinin də öldürülməsində maraqlıdır.Ordunu kifayət qədər maliyyə və digər təminatlarla təmin edə bilmədiklərinə görə onların sayının azalmasına maraqlıdırlar.

Xalq 2021-04-09 00:31:35

ay məndiyən qanıvı itdər yalasın!

Son yazılar