Oktyabrın 17-də Milli Məclis Ailə Məcəlləsinə dəyişikliklər edib.
Dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir.
Bu arayışın təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.
Digər dəyişikliyə görə, nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o biri tərəfdən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Şərhlər