“BU, TƏXRİBATDIR” - General Muradov Ermənistan hökumətini ittiham etdi (VİDEO)

Ermənistanda ermənilərin hərbi əsir adlandırdığı, əslində isə diversant hesab olunan şəxsləri İrəvana gətirməli olan təyyarənin Bakıdan boş qayıtması ətrafında yaranan gərginlik getdikcə artır. Həmin şəxslərin yaxınları Ermənistan Müdafiə Nazirliyini mühasirəyə alıb və rəhbərlikdən cavab tələb edirlər.

Bu arada isə erməni mətbuatında Rusiya sülhməramlı kontinigentinin rəhbəri general Rüstəm Muradovun Ermənistan hökumətini yalan məlumat yaymaqda və təxribatda ittiham etməsinə dair məlumat yayılıb.

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti Muradovdan baş verənlərə münasibət öyrəndiyini yazıb. Hətta bununla bağlı video da paylaşıb. Həmin videoda danışanın general Muradov olduğu bildirilir. Muradov jurnalistə deyir ki, onun Bakıya səfəri işgüzar xarakter daşıyıb və bu səfər zamanı həbsdə olan ermənilərin gətirilməsi nəzərdə tutulmayıb: “Bu, yalançı təxribatdır. Onlardan soruşun (Ermənistan hökumətindən–red.). Onlar əhaliyə yanlış məlumat verirlər. Əsirlərin qaytarılması planlaşdırılmırdı. Bu, Bakıya adi işgüzar səfər idi.”

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

Vətəndaş 2021-04-09 23:09:48

Rusa inananın ağlı yoxdur. Rus Türkün əbədi düşmənidir. Biz də Türk millətiyik.

ejder 2021-04-09 17:20:52

YALAN DANIWANIN ATABATASINA LEHNET

Son yazılar