Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 943 539 min manat təşkil edib.
“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% azdır.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 1,1 % artaraq 260 727 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 7,9 % azalaraq 636 883 min manat, aksizlər üzrə daxilolmalar 13,8% artaraq 35 705 min manat, yol vergisi üzrə daxilolmalar isə 3,8 % azalaraq 10 225 min manat olub.


Şərhlər
Camaatın dərisini soyursuz.Azalacaqdır ,bəs nə bilirdiz.
Binə və Sədərək bazarlarında kassadan kənar satılan mallar necə idxal olunur görəsən,Mal rəsmi idxal olunursa satiş da rəsmi getməlidir.Bəlkə başqa variant var deyəsiz..Belə çıxmır ki Respublikaya yenə qanunsuz yollarla mal daxil olur.
Aydin meseledur cirpiwdiriblar