Menu

DİN rəis müavininin vətəndaşı döyməsi iddiasına münasibət bildirdi

09.04.2021, 17:23
DİN rəis müavininin vətəndaşı döyməsi iddiasına münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) Balakən rayon sakininin Rayon Polis Şöbəsinin rəis müavini tərəfindən döyülməsi iddialarına münasibət bildirib.

DİN-in Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Balakən rayon sakininin iddiaları əsassızdır:

"Aparılan araşdırmalara müəyyən olunub ki, Asif Paradov polis tərəfindən tibbi maskadan istifadə etmədiyi üçün inzibati məsuliyyətə cəlb olunaraq barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub. Bununla razılaşmayan vətəndaş tərtib olunan protokolun ləğv olunmayacağı təqdirdə polis əməkdaşlarına şər atacağını, barələrində sosial şəbəkələrdə məlumatlar yayacağını bildirib. Qeyd olunan hallarla bağlı rayon prokurorluğuna da şikayət edən vətəndaşın iddiları araşdırmalarla təsdiqini tapmayıb".

Şərhlər

Vətəndaş 2021-04-09 20:10:54

DİN-in məlumatı həmişəki kimi səmimi deyil.Bir cinayəti etdikdən sonra vətəndaşa əziyyət verib boynuna qoyurlar ki, çıx təkzib et.Bu dəfələrlə bülə olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol