Menu

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları endirildi

10.04.2021, 00:28
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları endirildi

Bu gün Gürcüstanda matəm günüdür. “Report”un yerli bürosu xəbər verir ki, qonşu ölkədə aprelin 7-də faciəvi şəkildə ölən Abxaziyanın Qali rayonunun sakinləri olan 4 Gürcüstan vətəndaşının xatirəsi anılır.

Gürcüstan miqyasında bütün dövlət qurumlarında dövlət bayraqları endirilib.

Xatırladaq ki, həlak olan şəxslər işğal altında saxlanılan Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə İnquri çayı vasitəsilə keçməyə cəhd edərkən boğularaq ölüblər. Onların ikisi 30 yaşlı qadın, ikisi isə 47 və 52 yaşlı kişilərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol