Menu

Azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərənlərin sayı açıqlanıb

12.04.2021, 23:14
Azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərənlərin sayı açıqlanıb

Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən şəxslərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, ötən dövr ərzində 1 321 nəfər qanunsuz olaraq işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib.

O qeyd edib ki, həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb: "Ölüm hallarının baş verdiyi hadisələrə görə barələrində cinayət işi başlananlar və həbs edilənlər də var. Hələ də işğaldan azad edilmiş ərazilərə qanunsuz şəkildə keçməyə çalışanlara rast gəlinir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol