Menu

Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib

13.04.2021, 10:23
Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı koronavirusdan vəfat edib. Oxu.Az xəbər verir ki, Nazirliyin Nərimanov Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı 1990-cı il təvəllüd Oqtay Quliyev bir müddət əvvəl COVID-19 virusuna yoluxub.

Xəstəxanaya yerləşdirilməsinə və həkimlərin göstərdikləri bütün səylərə rəğmən nazirliyin gənc əməkdaşı koronavirusdan vəfat edib.

Məlumatı Oxu.Az-a FHN mətbuat xidmətindən təsdiq ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol