Menu

“Bütün etnik qruplardan olan insanlar son damla qanınadək vuruşub” - Prezident

13.04.2021, 16:34
“Bütün etnik qruplardan olan insanlar son damla qanınadək vuruşub” - Prezident

“Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Mənim bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub. İndiki Azərbaycan həqiqətən də yeni Azərbaycandır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı deyib ki, ermənilər bizi yaxşı tanımayıblar: “Onlar elə bildilər ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar. Lakin Azərbaycan fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir. Onlar düşündülər ki, zaman keçəcək və hər kəs yorulacaq, keç kim müharibə istəmir. Bəzən beynəlxalq mediada belə bir spekulyasiya var idi”.

Prezident İlham Əliyev Azərbaycanın çoxmillətli ölkə olduğunu, Vətən müharibəsi zamanı bütün etnik qruplardan olan insanlar son damla qanlarınadək vuruşduqlarını vurğulayıb.

Şərhlər

t.ədalət 2021-04-13 19:41:02

Bu xalqlar min illərdir bizimlə birlikdə yaşayırlar.Aradakı milli fərq adət-ənənələr və dini birlik nəticəsində,əslində yox olub.Ləzgilər,talışlar və avarlarla bizim qanımız qarışıb.Biri-birimizə qız verib-qız aldıqca azərbaycanlaşmışıq.Bu yerdə yazıçı Sülüyman Rəhimovun bir ifadəsi yada düşür."Dizim harda yerə çökürsə orda məni dəfn edin.Ora mənim vətənimdir".Yəni Azərbaycanın hər qarışı hamı üçün vətəndir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol