Menu

Ermənistan prezidenti Gürcüstana səfər edəcək

14.04.2021, 13:10
Ermənistan prezidenti Gürcüstana səfər edəcək

Ermənistan prezidenti Armen Sarksyan sabah Gürcüstana rəsmi səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administasiyasından bildirilib.

Məlumata əsasən, A.Sarqsyan gürcü həmkarı Salome Zurabişvili ilə təkbətək və geniş tərkibli formatda görüş keçirəcək. Dövlət başçıları daha sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Ermənistan prezidentinin səfər çərçivəsində parlament sədri Arçil Talakvadze ilə də görüşü planlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol