MÜHARİBƏNİN DƏ DƏYİŞƏ BİLMƏDİYİ “RUSBAŞLAR”... - Şəhid atasının, qazinin ödədiyi vergi ilə rus məktəbləri saxlanmalıdırmı?

Bir neçə gün əvvəl İrəvan metropolitenindən rus dilində lövhələrin yığışdırılması haqda məlumat yayıldı və hətta bu barədə Rusiyanın Ermənistandakı səfirinə sual da verildi. Səfirsə “məsələni öyrənmək üçün vaxt lazım olduğunu” deyərək, sualdan yayındı. İrəvanda rus dilinin getdikcə tamamilə sıxışdırılması fonunda istər-istəməz Rusiyadan Ermənistan qədər asılı olmayan Azərbaycanda bu dilə münasibət məsələsi barədə düşünməli oluruq...

Onsuz da Ermənistanda özlərindən başqa heç kimi görmək istəməyən ermənilər ölkədə rus dilinin son “izlərini” də silib atmaqla məşğuldurlar. Baxmayaraq ki, Rusiya hər zaman və xüsusilə də son 44 günlük müharibədə ermənilərə və Ermənistana sözün əsl mənasında atalıq etdi, onu qorudu, onun boğazını Azərbaycan əsgərinin əlindən zorla dartıb aldı...

Ancaq Ermənistandan fərqli olaraq, Azərbaycanda rus dili yenə də “elitar statusunu” qoruyur, rus dilində təhsil verən ali məktəblər, yüzlərlə orta məktəb və hələ də uşaqlarını bəh-bəhlə bu məktəblərə göndərən çoxlu sayda həmvətənlərimiz var. Eyni zamanda, rus dili yenə də “elita”nın əsas ünsiyyət vasitəsi olaraq qalır. Özü də buna nə müharibə, nə Rusiyanın açıq anti-Azərbaycan mövqeyi və addımları nə də başqa bir şey təsir etmir...

Azərbaycanda bir “rusdilli auditoriya” adı verilən toplum var və buraya deputatlardan tutmuş iri ranqlı məmurlara, politoloqlardan tutmuş incəsənət, elm adamlarına qədər xeyli vətəndaşımız daxildir. Qəribədir ki, bu toplum heç cür azərbaycandilli auditoriyaya çevrilmək istəmir. Özü rusdilli olduğu kimi, övladlarını, hətta nəvələrini də rus dilində təhsilə, rus ədəbiyyatına, incəsənətinə və s. yönəldir bu adamlar. Müstəqillik qazanandan bu yana dəfələrlə bu mövzu müxtəlif səviyyələrdə ziyalılar, siyasətçilər və s. tərəfindən qaldırılsa da, dəyişən bir şey yoxdur.

Dövlətin bu sahədə yaratdığı boşluq isə bəzən zəiflik, Rusiya qarşısında yaxşı görünmək cəhdi kimi qəbul olunub. Lakin şimal qonşumuzun 44 günlük müharibə və ondan sonrakı dövrdə davranışları göstərdi ki, bütün bunlar Rusiyanın regiondakı maraqları təhlükə altına düşən anda heç bir rol oynamır. İstəsəniz rus dilini dövlət dili elan edib, bütün məktəbləri rus dilində təhsilə keçirsəniz belə, xeyri yoxdur, bu, heç nəyi dəyişməyəcək!

Təbii ki, rus dilini, ədəbiyyatını, tarixini və s. öyrənməyi, rus dilində danışmağı qadağan etmək kimi fikri kimsə ağlına gətirmir. Lakin bu dilə gündəlik həyatımızda bu qədər sıx-sıx rast gəlinməsi müstəqil bir ölkəyə, topluma, cəmiyyətə yaraşan hal deyil. Bunun nəticəsidir ki, küçəsdə, sosial şəbəkələrdə, hətta televiziyalarda Azərbaycan dilində az qala erməni ləhcəsində danışan “rusdillilərə” sıx-sıx rast gəlirik.

Bu adamlar rus dilində bülbül kimi ötdükləri, sosial şəbəkələrdə rus dilində səhvsiz paylaşımlar, şərhlər yazdıqları halda, Azərbaycan dilində məcburiyyət qarşısında danışmalı, yazmalı olanda ortaya eybəcər, necə deyərlər “moltanı dilində” bir şey çıxır. 

Bizim dildə yazdıqları statuslarda, şərhlərdə nəinki hər cümlədə, hər sözdə 5-6 hərif, durğu işarəsi səhvi olur. Məsələn, Artur Rasizadə, Rasim Musabəyov, Elmar Məmmədyarov, yaxud olsun Tofiq Zülfüqarov və digərləri. Guya bu adamların indiyə qədər öz ana dillərində səlis danışıb-yazmağı öyrənmələri üçün nələri çatışmayıb – vaxtlarımı, savadlarımı, yoxsa nə? Əlbəttə ki, öz dilinə, millətinə, vətəninə saymazyana münasibətdən başqa heç nə!

Digər yandan, əgər rusdilli olmaq bilik, mədəniyyət, müasirlik, dürüstlük - bir sözlə, necə deyərlər, ”səviyyə” göstəricisidirsə, gərək onda məsələn, Elmar Məmmədyarov rus dilində “hırla-zırı qanmayan” bəzi yekəqarın, rüşvətxor icra başçılarından bir pillə yüksəkdə duraydı. Ancaq yox, təkcə ABŞ-dakı dəyəri milyonlarla ölçülən mənzilləri, varidatı, XİN-dəki korrupsiya cinayətləri üzə çıxandan sonra məlum oldu ki, o da elə həmin korrupsionerlərin, oğruların Azərbaycan dilində danışa bilməyən bir variantıdır, vəssalam!...

Bütün bunlarla yanaşı, demirik ki, rus dilində təhsil, kitab və s. olmasın. Sadəcə, bu dil də bütün xarici dillərlə eyni statusa malik olmalıdır, necə ki, rəsmən belədir, qanunda belə yazılıb (Amma həyatda, reallıqda başqa cürdür-C.M.). Bu dildə təhsil almaq istəyənsə buyurub pulunu ödəyib özü, yaxud övladı özəl kurslara yollansın. 

Axı, erməninin rusa arxalanaraq, ondan müftə aldığı silahla şəhid etdiyi Azərbaycan əsgərinin atasının, qardaşının, qohum-əqrabasının dövlətə ödədiyi vergi ilə rus məktəblərini saxlamaq, onlarda havayı tədris vermək nə dərəcədə doğrudur? Əgər bu qeyd etdiklərimiz millətçilik sayılırsa, qoy sayılsın...

Təbii ki, bütün bunlarla qeyd etdiyimiz insanları düşmən, xain sifətində təqdim etməkdən çox-çox uzağıq. Ancaq özünə, öz dilinə, xalqına, adət-ənənəsinə hörmət qoymayan, ona yuxarıdan aşağı baxan “rusdilli auditoriya”nın bir çox yüksək vəzifəli nümayəndələrinin ölkədəki “5-ci kolon”un formalaşmasında oynadığı rolu da unutmayaq.

Bizdə bəzən əcaib mənzərə ilə qarşılaşırsan – hansısa azərbaycanlı Azərbaycan dilində danışa bilən və danışmaq istəyən yerli rus əsilli həmvətənimizlə zorla rus dilində danışmağa çalışır. Dünyanın heç yerində belə bir şeyə rast gəlməzsiniz.

Pribaltikada, yaxud Gürcüstanda rus dilini bilmirlər? Əlbəttə ki, bilirlər. Ancaq onları bir-birilə rus dilində danışan, öz həmvətənləri üçün rus dilində paylaşımlar edən görməzsiniz. Görsəniz də mütləq əvvəlcə bunu öz dillərində, daha sonra rus dilndə edərlər.

Ümumiyyətlə, bu keçmiş SSRİ respublikalarında bizdəki kimi “rusdilli auditoriya” demək olar ki, 5-ci, hətta 10-cu plana keçib. Onların vətəndaşları isə uzağı ölkəyə gələn qonaqlarla, turistlərlə rus dilində ünsiyyət qurarlar, o da kefləri istəsə. Bəs, niyə, nədən biz belə deyilik? Sanki bizdə bir natamamlıq kompleksi var və təəssüf ki, hətta 44 günlük müharibədəki möhtəşəm qələbəmiz də bu kompleksə az təsir edib...

Nə bəladırsa, rusdilli olub, eyni zamanda gerçəkdən Azərbaycan təəsübkeşi, daxilən Azərbaycanı qanı, canı ilə sevən, ona sadiq olan adamlara hər deyən rast gəlmək olmur – məsələn, mərhum Hikmət Hacızadə, yaxud Ziya Bünyadov kimi. Təəssüf ki, belələri çox deyil.

Təcrübə göstərir ki, böyük əksəriyyət danışdığı dilə uyğun mənəviyyata, dünyagörüşünə, xalq, vətən, torpaq anlayışına malikdir. Bu, şüuraltı yaranan bir yanaşmadır və onu dəyişmək demək olar ki, qeyri-mümkündür.

Müharibə, bu müharibədəki itkilərimiz, düşmənimizin arxasında duran və qələbəmizi tam mənada yaşamağa, Qarabağ məsələsini birdəfəlik həll etməyə imkan verməyən qüvvənin kimliyinin açıq-aşkar üzə çıxması, Qarabağa sülhməramlı adı altında yerləşdirilən, ancaq özünü həmin ərazinin sahibi, ağası, bir sözlə işğalçı kimi aparan ordu, ərazimizə kütləvi qırğına səbəb ola biləcək “İskəndər-M”-in atılmasında şimal qonşumuzun “xidmətləri”, gecə gündüz Rusiya telekanallarında, ali idarəetmə orqanlarında, parlamentində Azərbaycan əleyhinə yürüdülən təbliğat, bəzən xalqımızın aşağılanmasına yönələn çıxışlar, iftiralar, böhtanlar, təhqirlər, əvəzində açıq ermənipərəstlik, tarixən azərbaycanlılara qarşı törədilən qırğınlarda ermənilərə verilən dəstək, Xocalı qətliamında 366-cı alayın rolu, 20 yanvar hadisələri və sadalamadığımız daha nələr nələr...

Təəssüf ki, bütün bunalara baxmayaraq, hətta indiki vaxtda da Azərbaycanda “rusbaşlar” sarıdan qıtlıq, defisit yoxdur. Görəsən, daha nələr olmalı, bizə qarşı hansı pisliklər edilməlidir ki, dostumuzla qeyri-dostumuzu tanıya və dilimizə, deməli həm də milli kimliyimizə sahib çıxa bilək?

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Bilge Kagan 2021-04-16 10:35:26

Rus məktəblərində təhsil büdcədən ödənilməməlidir,kim uşaşını rus dilində oxutmaq istəyir ödənişli liseylərdə oxutmalıdir!!!Birdə SOYADİMİZİ milliləşdirməymiz gərəkir tezliklə!!!

RT 2021-04-16 09:39:08

Milletin côreyi , haram olsun RASIM kimilere Haram !!!

Eko 2021-04-16 06:29:46

....Rasim kimiler deputat olanda tay ne isteyirsiniz ? Adam milletin qenimidi , Ermenidende pisdi , Amma oturub orda , kim qoyub onu ora ? bax bunnan danishmaq lazimdi

Roma 2021-04-16 01:34:35

Öz dilinə biganə qalan və öz rusca danışa bilməyənlərə "çuşka" deyən bizdən başqa millət varsa deyin biz də bilək...

Gözəl 2021-04-15 23:18:23

Konkret: Hörmətli müəllif öz soyadınızı milliləşdirin. Bütün millətimizi buna çağırıram. Bu çox şeyi dəyişəcək. ğırəram. ğırıram. Rus məktəbləri tamamilə azaldılmalıdır. Yalnız qeyri millətlərə seçim imkanı vermək olar. Azərbaycanlı öz övladını yalnız doğma dilində oxutmağa məcbur olmalıdır. Əlavə olaraq kim nəblər

Gözəl 2021-04-15 23:04:05

Biz çox zaman ümumi danışırıq, konkret yol göstərmirik. İlk iradım müəllifədir. Hörmə

Müəllim 2021-04-15 18:25:02

Cəlal bəy Allah sizi qorusun! qələmin müqəddəs vəzifəsi həqiqətə xidmət etməkdir

Sadiq 2021-04-15 17:55:48

Çox mühüm bir meseleye toxunmusunuz.Xaricde uzun müddet yaşayan bir Türk tapa bilmezsiniz ki,ailesi ve uşaqları Türk dilini bilmesin.Bizde ise bu bele deyil,Bakıda yaşayıb ve böyümüşler arasında Azerbaycan dilini bilmeyenler vardır.44 günlük savaş döneminde xaricde oxumuş ve ingilis dilini bilen çox sayda genclerin ve iş adamlarının olmasına baxmayaraq onlar dan cemisi bir iki neferi sosyal medyada ermenilerin etdikleri vehşililer,dinc cebheden çox kenar yerleri bombalamalarını pislemeye bele dilleri gelmedi.Belelerinin Azerbaycan dövletinin veriyi tehsil hakları gözlerinden gesin.

Sadiq 2021-04-15 17:49:31

Çox mühüm bir meseleye toxunmusunuz.Xaricde uzun müddet yaşayan bir Türk tapa bilmezsiniz ki,ailesi ve uşaqları Türk dilini bilmesin.Bizde ise bu bele deyil,Bakıda yaşayıb ve böyümüşler arasında Azerbaycan dilini bilmeyenler vardır.44 günlük savaş döneminde xaricde oxumuş ve ingilis dilini bilen çox sayda genclerin ve iş adamlarının olmasına baxmayaraq onlar dan cemisi bir iki neferi sosyal medyada ermenilerin etdikleri vehşililer,dinc cebheden çox kenar yerleri bombalamalarını pislemeye bele dilleri gelmedi.Belelerinin Azerbaycan dövletinin veriyi tehsil hakları gözlerinden gesin.

Ə.Bayramov 2021-04-15 14:13:09

Haqlısınız. Bu xalqın sosio mədəni identiklik sferasında problemlər kompleksi vardır...

Vuqar Memmed.oglu 2021-04-15 13:12:57

Bizde rus tehsili almisiq amma rusun tam ic uzunu gor-gore ona qarsi bu gunde mubarize apariram!Rusun ehatesinde yasamalisanki onlarin nece qorxaq,bic ve xain olduqlarini anlayasan!

İsmayıl 2021-04-15 12:05:08

Mən şəxsən rus dilinə məcbur qalmadığım muddətdə danışmaq bir yana rusdilli sözlərin istifadəsinə belə bu gündən nöqtə qoyuram və bunun cəmiyyət içərisində icraatına başlayıram.Dəstək gözləyirəm

t.ədalətə. 2021-04-15 11:36:06

Kiminsə pulu ilə Türkiyədə təhsil yox deplom alanları təhsil alanlarla qarışdırma.

Resad 2021-04-15 11:21:32

çox doğru. dövlət hesabına niyə yad dildə məktəb saxlanmalıdı axı? bu gün cəmiyyətdə xüsusi bir təbəqə formalaşıb. adlarını elita qoyublar, sosial şəbəkədə bütün paylaşımları rusca edirlər. sonra da vətənpərvərlikdən dəm vururlar. məsəslən biri kvn-şik Bəhram Bağırzadə

TARIX 2021-04-15 11:14:59

DİLİMİZ MİLLİ VARLIĞIMIZ,KİMLİYİMİZDİR.RUS MƏKTƏBLƏRİNDƏ TƏHSİL BÜDCƏMİZDƏN ODƏNMƏMƏLİDİR.RUSCATƏHSİL ALMAQ İSTƏYƏNLƏRƏ ÖDƏNİŞLİ OLMALI DİLİMİZİN STATUSUNU QALDIRMALIYIQ.MİLLİ SOYADLARIMIZA QAYITMALIYIQ.

Aborigen 2021-04-15 10:40:49

Hörmətli Cəlal Müəllim! Böyük Yaradan torpaqdan tutmuş dilə qədər bizə hər şeyin ən yaxşısını qismət edib. Biz isə özümüzdə ALLAHIN bu qismətinə qarşı qədirbilməzlik kimi cahilliyi formalaşdırmışıq. Və bu pisliyi daxilimizdən, mənəviyyatımızdan çıxarmaq bir günün, bir ayın, bir ilin məsələsi deyil. Yaxşı ki, Sizi kimi ziyalılarımız var və biz istəməsək də vaxtaşırı bu məsələni bizə xatırladırlar. Sizi əmin edirəm ki, bu bizim çoxumuzun xoşuna gəlmir. Rəhmətlik Sabir demişkən: "Kim nə deyər bizdə olan qeyrətə? Qeyrətimiz bəllidir hər millətə!" Sağ olun ki, belə məqalə yazmısınız.

S.Əhmədov 2021-04-15 10:30:33

DİLİMİZ BİZİM MİLLİ KİMLİYİMİZ VARLIĞIMIZDIR.ÖLKƏLƏR ARASI HÖRMƏT QARŞILIQLI OLMALIDIR.BİZƏ HÖRMƏTLƏ YANAŞANIN DOSTU OLMALI XƏYANƏT EDƏNƏ İSƏAĞA DA OLMAQ LAZIM DEYİL.TEZLİKLƏ ÖZ SOY ADIMIZA QAYİTMALI,RUS DİLLİ MƏKTƏBLƏRİN SAY KƏSKİN AZADILMALI VƏYA RUS DİLİNDƏ TƏHSİL ÖDƏNİŞLİ OLMALIDIR.

JJ 2021-04-15 10:24:46

Hökumət səviyyəsində, yüksək səviyyəli məmurlar istəmirlər Azərbaycan dilini, nifrət edirlər bu dilə və Azərbaycan xalqına.

Resad 2021-04-15 10:12:36

çox doğru. dövlət hesabına niyə yad dildə məktəb saxlanmalıdı axı? bu gün cəmiyyətdə xüsusi bir təbəqə formalaşıb. adlarını elita qoyublar, sosial şəbəkədə bütün paylaşımları rusca edirlər. sonra da vətənpərvərlikdən dəm vururlar. məsəslən biri kvn-şik Bəhram Bağırzadə

Cavanşir Abdullayev 2021-04-15 10:10:24

Cəlal müəllim, mən saytlarda məqaləsini ən çox oxuduğum jurnalistsiniz. Məni də çox ağrıdan bu məsələyə toxunduğunuz üçün çox sağ olun. Mənə elə gəlir ki, özünü Azərbaycanlı hesab edib, Azərbaycan dilini bilməyənlərə bütün iş yerlərində boykot kampaniyası aparılmalı, bu şəxslər ictimai qınağa çəkilməlidir. Xarici qonaqlarımla şəhərdə gəzməyə hər zaman utanmışam (90-cı illərin əvvəlləri istisna olmaqla), çünki bu qonaqlar tez-tez "Sizin insanlar niyə Rus dilində danışırlar" sualını verirlər. Mən bütün jurnalistlərə və özünü "elita" sayan və Azərbaycan dilini bilməyən, ictimai yerlərdə özünü "elita" kimi göstərmək üçün öz aralarında Rus dilində danışanlara qarşı təbliğat və ictimai qınağa çağırırıam.

.EJDER NAQILBAZ 2021-04-15 09:53:13

calal malim,siz yeqin yaxwi bilirsiniz ki,putin kqbewnikdi,i vsye

t.ədalət 2021-04-15 09:36:18

Nə qədər ki Azərbaycanda rus dili deyilən təhsil forması var biz azad ölkə ola bilməyəcəyik.Demokratik Cümhuriyyəti indi vəzifədə olanların dədəsi-babası yıxmadımı?Talançı və oğruların da çoxu rusdillilərdir.Ancaq,təəssüf ki onların arasında Türkiyədə təhsil alan Səfər Mehdiyevkimilər də var.Rus dilinə,ümumiyyətlə,Rusiyaya meyillilər qarışıq genlərin övladlarıdır.Onlar üçün milli deyilən bir şey yoxdur.

Son yazılar