Hərbi canilərdən Paşinyana ittihamlar – “O həm danışıqları pozub, həm də müharibəni qızışdırıb”

Baş nazir Nikol Paşinyanın aprelin 14-də Ermənistan Milli Məclisində etdiyi geniş çıxış hərbi canilərdən ibarət keçmiş iqtidar nümyəndələri tərəfindən qəzəblə qarşılanıb.

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, keçmiş hakimiyyətin vəzifəlisi, Ermənistan Respublika Partiyasının sözçüsü, keçmiş vitse-spiker Eduard Şarmazanov baş naziri kəskin tənqid atəşinə tutub: “Bu təslimçi nəinki danışıqları iflasa uğradıb, o həm danışıqları pozub, həm də müharibəni qızışdırıb”.

Şarmazanovun sözlərinə görə, Paşinyan Qarabağ tənzimlənməsinə dair danışıqları iflasa uğradıb və Ermənistanın mövqelərini zəiflədib. O bildirib ki, müharibədən sonrakı vəziyyət də bundan xəbər verir: "Nə 44 günlük müharibə dövründə, nə də ondan sonra bir beynəlxalq təşkilat, bircə həmsədr ölkə də Paşinyanı dəstəkləməyib. Bu, onun axmaq, absurd, antierməni və antidanışıq siyasətinin nəticəsində baş verib. 5 min nəfərin həlak olduğu, 10 min kvadrat kilometrlik ərazilərin təslim edildiyi, on minlərlə insanın yaralandığı, itkin və əsir düşdüyü müharibədə ali baş komandan olmuş bu şəxs özündən başqa hamını ittiham edir”.

Şarmazanov deyib ki, Paşinyan keçmiş prezident Serj Sarkisyanı ittiham etməklə ədalətsizliyə yol verir, çünki onun vaxtında tərəflər bir neçə dəfə saziş imzalamağa yaxın olublar. Milli Məclisin keçmiş vitse-spikeri daha sonra bildirib ki, Sarkisyanın 10 illik danışıqlar paketinin sirrini rusiyalı həmsədr İqor Popov açıb: "Bu paketə görə 5 rayon Azərbaycana qaytarılmalı idi. Qarabağa keçid statusu veriləcəkdi. Laçın və Kəlbəcər Dağlıq Qarabağın yekun statusu müəyyən edilənədək Ermənistanın nəzarətində qalacaqdı...”

Şarmazanov baş naziri bütün bu prosesi pozmaqda günahlandırıb: “Məgər o demirdi ki, mən danışıqları Serj Sarkisyanın nöqtəsindən yox, öz nöqtəmdən aparacağam. Məgər iyul ayında sərhəd insidentlərindən sonra “yeni müharibə-yeni ərazilər” ifadəsini işlədən, “bizim ordumuz ən döyüş qabiliyyətli ordudur və regionda həlledici əhəmiyyətə malikdir” deyən o deyildi?...”

Keçmiş vitse-spiker deyib ki, Paşinyandan tamam başqa miras qalacaq: “Ondan təslim edilmiş Qarabağ, Şuşa, Hadrut, 5 min həlak olan, Meğriyə gedən türk yolu, 10 min yaralı əsgər, bir neçə min itkin və əsir, itirilmiş suverenlik miras qalacaq”.

Nikol Paşinyanın çıxışına keçmiş prezident Robert Köçəryanın da ofisindən cavab verilib: “Paşinyanın çıxışlarında heç vaxt məntiq, reallıq, gerçəkliklə əlaqə olmayıb. Bir qayda olaraq bu qaraqışqırıqçı çıxışlar həyasızlıq və yalanla dolu olur. Bugünkü çıxış da istisna olmayıb. Təsəvvür edirsinizmi, bizim indimizi murdarlayan birisi, özündə gələcək barədə danışmaq üçün cəsarət tapır. Hakimiyyətini itirməkdə olanın bu küyçü çıxışından yeganə təəssürat qalır – yazıqlıq”.

Nikol Paşinyan çıxışında bunu da demişdi ki, 2018-ci ildə onunla görüşündə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ona torpaqları Azərbaycana qaytarmağı məsləhət görübmüş.

Baş nazir deyib ki, keçmiş prezidentin təsəvvürləri rayonların qaytarılmasından o yana keçmirdi.Paşinyanın bu ittihamına Levon Ter-Petrosyanın sözçüsü Arman Musinyan cavab verib.O xatırladıb ki, Ter-Petrosyan noyabrın 30-da Paşinyanı “milləti fəlakətli məhvə aparan” adlandırmışdı.

Erməni mediası yazır ki, Paşinyanın çıxışından dərhal sonra müxalif qüvvələr etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Lakin əsasən daşnaklardan ibarət dəstə Milli Məclisə yaxınlaşanda artıq bina polis qüvvələri tərəfindən güclü mühafizə olunurdu.

"AzPolitika.info"

635x100

Şərhlər

omar 2021-04-15 18:56:04

Paşinyan ermənilər içində bəlkə də yeganə düzgün ermənidir.Biz hələ ona çox sağ ol da deyəcəyik,çünki 30 illik torpaq həsrətinə son qoyulmasında onun da payı var.

Son yazılar