Menu

Bakıda daha bir müəllim koronavirusdan vəfat edib

15.04.2021, 16:10
Bakıda daha bir müəllim koronavirusdan vəfat edib

Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 №-li tam orta məktəbin rus dili və ədəbiyyat müəllimi Pəri Məmmədova vəfat edib.

"Report" xəbər verir ki, koronavirusa yoluxan 63 yaşlı P.Məmmədova bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Pəri Məmmədova 1958-ci il iyulun 19-da anadan olub. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 1992-ci ildən əmək fəaliyyətinə başlayıb.

Allah rəhmət eləsin!

Pəri Məmmədova

Pəri Məmmədova

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol