Menu

ABŞ səfiri sanksiyalarla əlaqədar Rusiya XİN-ə çağırılıb

15.04.2021, 17:07
ABŞ səfiri sanksiyalarla əlaqədar Rusiya XİN-ə çağırılıb

ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

ABŞ-ın ölkəsinə qarşı yeni sanksiyalarına münasibət bildirən XİN rəsmisi Rusiyanın bu sanksiyalara cavabının qaçılmaz olduğunu qeyd edib: “Baş verəcəklərə görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür. Rusiyanın bu sanksiyalara cavabı qaçılmaz olacaq. Qeyd edim ki, sanksiyalarla əlaqədar artıq ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb”.

Şərhlər

Xalq 2021-04-15 19:20:28

bu sanksiyalar ruslara kar eləməz. Bunlara elə sanksiya lazımdır ki, onların əhədi kəsilsin.

Zanzibar 2021-04-15 17:31:37

Rusiya tupurdiyini yalayacag.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol