Menu

Arif Hacılı həm mövqeyində qalır, həm də “gəlin, qucaqlaşaq” deyir...

18.10.2014, 10:45
Arif Hacılı həm mövqeyində qalır, həm də “gəlin, qucaqlaşaq” deyir...

Müsavat başqanı Arif Hacılı yenidən partiyadaşlarına çağırış edib.

O, bu barədə facebook hesabında yazıb. A.Hacılının çağırışında deyilir: “Müsavat partiyasında keçirilən seçkilər zamanı rəqabət şəraitində irəli sürülən iradları, ittihamları hətta etik normaları aşmış olsa belə, unudacağımı demişdim. Hər kəsi də 27 sentyabr Qurultay günündən sonra əvvəlki rəqabəti unutmağa, birgə fəaliyyət göstərməyə çağırmışdım.

Əksər partiya üzvləri bu çağırılmaya qoşulsalar da, qarşılıqlı ittihamlar tam durdurulmadı.

18 oktyabr istiqlal günündə bir daha partiya üzvlərinə səslənirəm. Partiyada bu günədək olan ittihamlar, təftişçilik meylləri ilə bağlı hərəkətləri seçki kampaniyası kontekstində olan fəsadlar kimi dəyərləndirib unutmağa çalışaq.

Təhqir və böhtanlar istisna olmaqla və partiyanı tərk edənlərlə bağlı sərt mövqeyimizdə qalmaqla, olub keçənləri unudaq. Qucaqlaşaq. Yolumuza hər bir partiya üzvü ilə birlikdə davam edək...”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol