Menu

Rusiyada koronavirusdan ölənlərin sayı 105 193-ə yüksəlib

17.04.2021, 12:43
Rusiyada koronavirusdan ölənlərin sayı 105 193-ə yüksəlib

Rusiyada son sutkada daha 9 321 nəfər COVID-19-a yoluxub. “Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 693 469 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 398 nəfər artaraq 105 193-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxmuş 4 693 389 nəfər sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol