Menu

Türkiyə Bosniya və Herseqovinaya vaksin göndərdi

18.04.2021, 12:47
Türkiyə Bosniya və Herseqovinaya vaksin göndərdi

Türkiyə hökuməti Bosniya və Herseqovinaya yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksinindən ödənişsiz olaraq 10 min doza göndərib. Bununla da martın 28-də göndərilən vaksinlərlə birlikdə Türkiyənin Bosniya və Herseqovinaya ayırdığı peyvəndin sayı 40 min dozaya çatıb.

Qeyd edək ki, pandemiya ərzində Türkiyə çoxlu sayda ölkəyə, o cümlədən Bosniya və Herseqovinaya qoruyucu maska, virusa qarşı mübarizədə istifadə edilən tibbi ləvazimatlar, həmçinin dezinfeksiya məhsulları göndərməklə yardım edib. Bundan əvvəl isə Türkiyədən aprelin 15-də Liviyaya 150 min peyvənd göndərilib.

Şərhlər

Niyaməddin 2021-04-18 13:43:11

Təşəkkürlər Türkiyə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol