Menu

Aleksey Navalnı xəstəxanaya köçürülüb

19.04.2021, 14:40
Aleksey Navalnı xəstəxanaya köçürülüb

Rusiya müxalifətinin lideri Aleksey Navalnını Vladimir vilayətində saxlanıldığı 2 nömrəli islah əmək müəssisəsindən məhbuslar üçün nəzərdə tutulan xəstəxanaya köçürülüb.

“Report” RBK-ya istinadən xəbər verir ki, məlumatı Rusiya Cəzaların İcrası Federal Xidməti yayıb.

Bildirilib ki, həkimlər ona “vitamin terapiyası” müalicəsi təyin ediblər: “Hazırda Navalnının səhhəti normal dəyərləndirilir. Hər gün onu həkim-terapevt müayinə edir. Pasiyentin razılığı ilə ona vitamin terepiyası təyin olunub”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol