UCUZ NEFT RUSİYA İQTİSADİYYATINI BOĞACAQMI? - "Əgər neftin qiyməti 80 dollar olarsa..."

"Rusiya iqtisadiyyatı üçün ən ciddi təhlükə yəqin ki, ucuz neftdir." ABŞ-ın məşhur ”Bloomberg Businessweek" jurnalı belə yazır. Müəllif “Ucuz neft Rusiya iqtisadiyyatını boğacaqmı” adlı təhlili məqaləsində daha sonra bildirir:

"Xam neftin iyun ayından etibarən qiymətinin 23% -dən artıq düşməsi rublun zəifləməsinə və 45%-ini neft gəlirlərindəki vergilər hesabına dolduran dövlət büdcəsində "deşiyin" əmələ gəlməsinə gətirib çıxarıb. Kreml bildirib ki, əgər neftin qiyməti və rublun kursu indiki səviyyədə qalarsa, onlar ehtiyyat fondundan daha çax vəsait götürəcəklər. Maliyyə nazirinin müavini Tatyana Nesterenko “RİA-Novosti” agentliyinə verdiyi müsahibəsində bildiib ki, dövlət büdcəsindəki "deşiyin" qapadılması üçün 74 milyard dollarlıq “ehtiyyat fondunun” yarısı bu istiqamətdə xərclənə bilər (Həmin “ehtiyyat fondu” enerji daşıyıcılarının qiymətinin qalxıb–enməsi zamanı büdcə təşkilinin tənzimlənməsi məqsədi ilə yaradılıb və Mərkəzi Bankın ehtiyyatı ilə qarışdırılmamalıdır). Rusiyanın 2015-il üçün büdcə layihəsi neftin bir barelini 100 dollar götürməklə hesablanıb. Ancaq hazırda neft daha ucuz qiymətədir. Niderlandın "İNG” bankının Rusiya bölməsinin baş iqtisadçısı öz müştərilərinə mürciət edərək bildirib: ”Ucuz neft qiymətləri praktik olaraq cənub-şərqi Ukraynadan gələn xəbərləri də kölgədə qoyub”. Analitiklər hesab edirlər ki, Rusiya valyutasının kəskin dəyərdən düşməsinə əsas səbəb Qərb sanksiyaları deyil, məhz neftin qiymətinin azalmasıdır.

“Macro Advisory” konsaltinq firmasının Moskvadakı əməkdaşı Kris Uifer “Moscow times” qəzetndə qeyd edib: ”Avqust ayının əvvəlində rubl bivalyuta səbətinə nisbətən 9% aşağı düşmüşdü və bu göstərici demək olar ki, həmin dövrdə 8% geriləyən xam neftin sanki güzgüdəki əksi idi. Yəni rubl özünü neft valyutası kimi aparır”.

Son on gün ərzində Mərkəzi Bankın bazara 6 milyard dollar həcmində müdaxiləsinə baxmayaraq, rubl düşməkdə davam edir. Ölkə idxalının üçdə ikisini təşkil edən neft və təbii qazdan hədsiz dərəcədə asılı olan 2 trilyon dollarlıq Rusiya iqtisadiyyatı eneji daşıyıcılarının aşağı qiymətləri hesabına ressesiyaya uğraya bilər. "Renaissance Capital” şirkətinin aparıcı iqtisadçısı Çarlz Robertson bu barədə deyib: ”Rusiyanın iqtisadi artımı o halda pozitiv diapozonda qala bilər ki, neftin bir barelinin qiyməti 92-93 dollar təşkil etsin”.

Onun proqnozuna görə əgər neftin bir bareli 90 dollara satılarsa Rusiya iqtisadiyyatının həcmi 0,4%, 80 dollara satılacağı təqdirdə isə 1,7% daralacaq."

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar