Menu

Türkiyə XİN-ə yeni sözçü təyin edildi

21.04.2021, 00:25
Türkiyə XİN-ə yeni sözçü təyin edildi

Türkiyənin Xarici İşlər Nazirliyinə yeni sözçü təyin olunub. Bu vəzifəni Tanju Bilgiç icra edəcək. Bildirilib ki, o, vəzifəsinin icrasına bu gün başlayıb. Yeni sözçü 1995-ci ildən XİN-də çalışır. Nazirlikdə bir çox vəzifələrdə işləyən T.Bilgiç 2014-1021-ci illərdə Türkiyənin Serbiyadakı fövqəladə və Səlahiyyətli səfiri olub.

Bundan başqa, o, Bosniya-Herseqovina, Danimarka, Fransa, Rusiyada da işləyib. T.Bilgiçdən öncə bu vəzifəni Hami Aksoy aparırdı. O, bir müddət əvvəl ölkənin Serbiyadakı səfiri təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol