Menu

Hadı Rəcəbli dostu Mirələmovun əxlaqsızlığından danışdı - "Mən də bir xanımla..."

22.04.2021, 12:22
Hadı Rəcəbli dostu Mirələmovun əxlaqsızlığından danışdı - "Mən də bir xanımla..."

Ötən gün sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun nəvəsi yaşda xanım köməkçisinə qarşı əxlaqsız hərəkətlərinin əks olunduğu videogörüntü yayılıb.

"AzPolitika.info" xəbər verir ki, Modern.az məsələ ilə bağlı Hüseynbala Mirələmovla əlaqə yaratmağa çalışsa da, o, telefonu açmayıb.

Daha sonra Hüseynbala Mirələmovun ən yaxın dostu, keçmiş deputat Hadı Rəcəbli ilə əlaqə yaradılıb.

Hadı Rəcəbli açıqlamasında bu barədə danışmayacağını bildirib: “Hüseynbala Mirələmovla dostluğumuzun dərin tarixi var. Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər”.

Hadı Rəcəbli bir neçə il bundan öncə özü ilə bağlı da belə bir halın baş verdiyini xatırladıb: “Bir neçə il bundan qabaq bir xanımla rəqs etmişdim. Həmin rəqsin videosunu yayıb məni də təhqir etmişdilər. İndi də Hüseynbala müəllimlə bağlı video sosial şəbəkələrdə yayılıb”.

Atalar nahaq yerə deməyib ki, dostunu göstər, deyim sən kimsən!

"AzPolitika.info"

Şərhlər

Aborigen 2021-04-23 19:51:01

Əgər 75 yaşlı adam belə bir hərəkət etməyi özünə rəva bilirsə, deməli bu insan yox ikiayaqlı bir yaradılışdır. Və bundan da betəri odur ki, bu məxluq uzun illər bizim hörmətli fərdlərimizdən biri olub. Deməli bizim də bir millət kimi, bir cəmiyyət kimi problemlərimiz az deyildir və Mirzə Cəlil demişkən papağımızı qabağımıza qoyub bir az fikirləşməliyik.

Niyaməddin 2021-04-22 22:40:13

əxlaqsızlar.....

İ.Mustafaoğlu 2021-04-22 22:05:42

YAP-ın üzülüyündən azad olunmalıdır. Pelə adamları YAP-da saxlamaq olmaz..

Arif Əliyev 2021-04-22 22:01:04

Nə yazım,nə deyim,bütün günah Allahın özündədir,cavanlar iş tapa bilmirlər bu yaşda meşədə ağac qalmayıb...

esger 2021-04-22 15:25:06

Bele adamlarin butun titular , imtiyazlar leqv edilmelidir

Fərhad 2021-04-22 13:25:36

Guya Hadı Mirələmnən yaxşıdı? Ataların gözəl misalı var”....

Roma 2021-04-22 12:54:24

Hadı Rəcəbov Hüsynbala Mirələmovun dostu, sirdaşı, məsləkdaşı və s. ....daşıdır. Ona görə də montaj söhbətini ortaya atır. Ağsaqqal adamlarsız özünüzü gülünc və nəinki gülünc millətin, xalqın qınağyerinə qoymusuz, nəvəsi yaşda qızı utanmadan əlləyir və telefona verdiyi cavabı ilə, ləyaqətsizliyini bir daha nümayiş etdirdi...i

Eli 2021-04-22 12:41:40

Gözünün içine kimi yalan danışır ikisi de bir bezin qırağıdırlar.Millet neyin derdin çekir bunlar ne ile meşğuldurlar.Buuşaw kömekçi öz yerinde gerrk çayı bunun başına çırpardı.Eger bu yolun yolçuları olan xanımları danışdırsan bunların ne qeder şergsiz olduğunu görmek olar tek bunların yox butün vezifedede okanların ekseriyyeti meneviyyatsız insanlardır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol