ERMƏNİ HƏRBÇİLƏR BÖLMƏLƏRİMİZİ ATƏŞƏ TUTDU - Rusiya tərəfi cavab atəşi açmamağı xahiş edib

Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Belə ki, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdur.

Hadisə ilə bağlı, Rusiya sərhədçiləri Azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirmiş və hadisəyə reaksiya verilməməsini xahiş etmişlər.

Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilmiş və cavab atəşi açılmamışdır. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilmişdir.

Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndirmişlər.

Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcəkdir.

635x100

Şərhlər

Azər 2021-04-23 12:22:45

44 gündə Qəhrəmanlıq göstərənlərin haqqı boynumuzdadır. 1 daş atılan yerə 100 mina atılmalıdır.

Roma 2021-04-23 10:48:18

Xahiş zad lazım deyil, küçüyüvün qulağını dart, məndən nə xahiş edirsən ey şovinist, bütün dünyanı bir-birinə vuran "sülhməramlı", yalansa sənin sülhün başına dəysin...

Avtandil 2021-04-22 21:40:42

Bütün təxribatlara vaxrtında,yerində kəskin cavab verlməlidir.Rusiya ermənistan tərəfdən çıxış etdiyini hələ anlamyanlar var7 Əslində Qarabağda Rus "sülh" məramlıl adı ilə ieridilən Vaqnerçilər ermənilərə işləməklə məşğuldurlar.

BAKILI 2021-04-22 17:42:56

Yene rus icaze vermedi

RT 2021-04-22 16:57:17

Yene qorxduq)))Derd

t.ədalət 2021-04-22 15:36:03

Ax,"kapitulyasiya","kapitulyasiya"!Heç görmədik oyaq səni!

Seyid Ənhu 2021-04-22 14:57:18

Bu xahişə sığan məsələ deyil. Düşməni dərhal yerinə oturtmaq lazım idi. Və bunu dövlət ərkanı tələb edir. Bizim daha erməni şəltaqlığına dözəcək qədər halımız və səbrimiz yoxdur. Bütün səbrimiz qurtarıb...

zaur 2021-04-22 14:24:24

Rus tərəfi qələt eləyib,başınıda daşa döyüb. Ermənilər rusların ərköyün uşağıdır?

turan 2021-04-22 14:03:10

ayı kimdir desin ki siz atəş açmayın? Nöqtələr dərhal susdurulmalıydı

Babek_Sahil 2021-04-22 13:59:34

Insa Allah gelen defe olmaz bele seyler olsada bizim herbicilerimiz temli davranmazlar! Ruslar butun dunyada ag eleyibler..

Roma 2021-04-22 13:02:58

Bu lap ağ oldu, görün kreml necə əmr verib ki, erməni istədiyini edir, rus "sülhməramlısı" onu bir növ müdafiə edir. Atəş bizim tərəfdən atılsaydı?.....

Son yazılar