Menu

Gəncədə məhkəmə sədri polisə aparılıb – Sərxoş vəziyyətdə karantin qaydalarını pozub

22.04.2021, 14:19
Gəncədə məhkəmə sədri polisə aparılıb – Sərxoş vəziyyətdə karantin qaydalarını pozub

Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq, polisə aparılıb.

“AzPolitika.info” “gününsesi.info” saytına istinadla xəbər verir ki, hadisə bugünlərdə Gəncənin Kəpəz stadionunun yaxınlığında baş verib. N.Əliyev saxlanılarkən sərxoş vəziyyətdə olub və tibbi maskadan istifadə etməyib. O, bununla kifayətlənməyərək, polis əməkdaşlarına sənəd təqdim etməyib, onlarla kobud davranıb. Qarşılıqlı mübahisənin sonunda Natiq Əliyevi polisə gətiriblər.

Araşdırma zamanı onun məhkəmə sədri olduğu üzə çıxıb və barəsində inzibati tənbeh tədbiri görülmədən sərbəst buraxılıb.

“AzPolitika.info”

Şərhlər

Bashirov Qarib 2021-04-22 15:42:57

Bu bir özbaşnalıqdır.Məhkəmə sədrinin saxlanılması nə deməkdir? Bu absurd bir durumdur.

pensioner 2021-04-22 15:11:40

Rəsmi olaraq tədbir görülməsə də,qeyri rəsmi qulaqları dartılmalı idi.

Nazim 2021-04-22 14:26:00

Mehkeme huquq islahatlari yubanir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol