“ONUN YERİNƏ UTANIB XƏCALƏT ÇƏKİRƏM...” - Ağsaqqallar Şurasının sədri

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı internetdə yayılan qeyri-etik video günün əsas müzakirə mövzularından biridir.

Sosial şəbəkələrdəki müzakirələrdə 76 yaşlı sabiq deputatın ağsaqqal adına yaraşmayan əməli - xanım köməkçisinə qarşı qeyri-əxlaqi hərəkəti qınanılır.

Hüseynbala Mirələmovu qınayanlar eyni zamanda, Azərbaycan Ağsaqqallar Şurasından da hadisəyə susqun qalmaqda narazılıq edirlər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Modern.az-a açıqlamasında məsələyə sərt münasibət bildirib.

Eldar Quliyev deyib ki, belə bir hadisə həqiqətən baş veribsə, Hüseynbala Mirələmovun yerinə xəcalət çəkir:

“Sosial şəbəkədə görüntüləri gördüm, amma nə qədər düzgündür və ya yanlışdır deyə bilmərəm. Bunu araşdırmaq, daha sonra bu barədə fikir irəli sürmək lazımdır.

Bilirsiz ki, bu dövrdə texnikanın inkişafı ilə çox hadisələr etmək olar. Videonu görəndə hansısa montaj olduğunu hiss etmədim. Yenə də araşdırmaq mütləqdir. Hüseynbala müəllimlə işlədiyimiz müddətdə mən onun heç zaman belə bir hadisələr etməsilə qarşılaşmamışam. Özü də ziyalı, alim adamdır. Əgər belə bir hadisə həqiqətən baş veribsə, mən onun yerinə utanıb xəcalət çəkirəm. Çünki belə bir yaşda bu cür hərəkət etməsi düzgün olmaz.

Hadisənin düzgünlüyü təsdiqlənsə, bu barədə Ağsaqqallar Şurası tərəfindən də ciddi tədbirlər görüləcək. Texnika o qədər inkişaf edib ki, insan nəyin doğru, nəyin yanlış olduğunu da bilmir.

Hüseynbala Mirələmovla əlaqə saxlamamışam. Yəqin ki, bu hadisə həqiqət olsa da deyəcək “mən elə bir şey etməmişəm”. Gözləyək, araşdırılsın, həqiqət sübuta çıxarılsın daha sonra nəticəyə uyğun tədbir görülər”.

635x100

Şərhlər

Veteran 2021-04-23 14:52:08

Szin "AĞSAQALLARIN"əksəriyyəti elə bu gündədir.Nəhlət olsun belələrinə.Ölkəni sizin kimilər bu günə saldı. .Azərbaycanın adını belə-belə əxlaqsızlıq

Roma 2021-04-23 10:45:11

Eldar Quliyev, onun yerinə sən niyə utanıb xəcalət çəkirsən???...

doğru-ya 2021-04-23 10:19:00

o öz .... də barmaq edir

OXUCU 2021-04-23 01:35:30

...............HEŞ BİR MANTAJ ZAD DEYİL O KİŞİNİN MORDASINA BAXANDA GÖRÜNÜR BU ADAM BUNU EDƏR.XALQ ƏSƏBLƏŞİR BELƏLƏRİNDƏN AR OLSUN O QIZIN AĞLI OLSA İDİ ORDAN BİR ŞEY TAPIB ONUN BAŞINA ÇIRPARDI.

Famil 2021-04-23 01:11:41

guya özü düz adamdı?ölürsünüz yıxılana balta vurmağa. hamınız bir bezin qırağısınız. yaxşınızın....

Vətəndaş 2021-04-22 23:03:35

Tərbuyəsizlər,əxlaqsızlar

Doğru 2021-04-22 22:16:38

Görən bunun evdə qızı nəvəsi yoxdu? Saçından saqqalından utanmırsan ay hüseynbəla? Yeyin için kef edin.bu da mənim ağsaqqalım.

Arif Əliyev 2021-04-22 22:05:26

Rusbaşlar,sovetlərin yetişdirdiyi tərbiyəsizliyin aqibəti bu cür olur,əxlaqsızlığı,rüşvətxorluğu,bu rusbaşlar,sosialistlər gətirib bizə.

.EJDER NAQILBAZ 2021-04-22 21:43:29

HARADA NATEMIZ VAR, VƏZİFƏ TUTUB, QUDURUF AXIRDA ONA ...

Adil 2021-04-22 20:52:14

... ne qûndesiz ?

Eli 2021-04-22 18:01:17

Bu meselenin heeiqet olduğunu tesdiq etmeyin çox sade yolu var .Hadise baş verende deputatın qarşısında oturan şexs kimliyi meyyen olunsa ve o etirsf etse ki ,bu olub başqs heç neye ehtyac yoxdur,eks teqdirde bu montajdır.Deputat müellim ise kişidirse qoy etiraf edib milletden üzr istesin be pis olmaz ki, özü özüne ceza növü seçsin ki ,o dünyaya rahat redd olsun

Eli 2021-04-22 17:51:56

Bunu tesdiq etmeyin ço

Millet 2021-04-22 17:00:14

bele aqsaqqalin boynun yere soxum ! yaziq millet,,,

Son yazılar