Menu

“Şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır” - Deputat

23.04.2021, 13:09
“Şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır” - Deputat

“Qanunvericilikdə şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, şəhid ailələrini ən çox narahat edən məsələ övladının adının əbədiləşdirilməsi ilə bağlıdır: “Elə kənd var ki, onun sadəcə bir şəhidi var. Ancaq həmin şəhidin adı nə məktəbə, nə də küçələrə verilə bilir. Çünki qanunvericilikdə qoyulan tələblərlə bunu etmək olmur”.

Şərhlər

Niyaməddin 2021-04-23 18:20:51

Təşəkkürlər Əli bəy!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol