Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
“Report” xəbərinə görə, dəyişikliklə İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri hər 5 ildən bir attestasiya ediləcək.
Layihəyə əsasən, İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir və hər 5 ildən bir attestasiya ediləcək.
Attestasiya müvafiq icra hakimiyyəti orqanının (qurumun) nümayəndəsinin iştirakı ilə keçirilir.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.


Şərhlər
Din xadimlərinin attestasiyasını keçirənlər özləri ilk növbədə həmin attestasiyadan keçirilməlidirlər. Bir var “mən dediyim kimi elə, bir də var— mən elədiyim kimi elə”. Din xadimi adlandırılmaq iddiasında olanların əməlləri ilə sözləri arasında uyğunluq lazımdır. Nitqi qüsurlu, dili lüknət ( لكنة – səsləri yanlış artikulyasiyada- məxrəcdə tələffüz etmək; rəvan danışa bilməmək ), qaranlıq işlər çevirən şəxslər ruhani görkəmi ilə cəmiyyətə təqdim olunmamalıdır. Ərəb dili bilmək əsas olsaydi, Ərəbistanda olan bütün insanlar ruhani sayılardı.