Menu

MİRƏLƏMOV YAP-dan QOVULDU - Partiyadakı vəzifələrindən də çıxarıldı (Yenilənib)

23.04.2021, 16:04
MİRƏLƏMOV YAP-dan QOVULDU - Partiyadakı vəzifələrindən də çıxarıldı (Yenilənib)

Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP üzvlüyündən xaric edilib. “Report”un xəbərinə görə, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

O, həmçinin YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsində azad edilib və YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.

Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə əxlaqsız hərəkətlərinin olduğu videosu yayılıb. 

Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.

***

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başlayıb.“Report”un xəbərinə görə, toplantının gündəliyinə 2 məsələ daxil edilib.

İclasda Milli Məclisdə çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşdiriləcək və YAP-ın Xətai rayon təşkilatının sədri, YAP Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun sosial şəbəkələrdə yayılan videogörüntüdə qeyri-etika hərəkətlərinə qiymət veriləcək.

Şərhlər

Tələbə 2021-04-24 23:39:00

YAP-ın.....saqqal "ağsaqqalı.

t.ədalət 2021-04-23 22:11:55

H.Mirələmovun,görünür Rusiya tərəfə marağı olub.Düzdür,Rusiyanın anti-Türkiyə casusları Azərbaycanda çoxdur.Amma başlanğıc üçün atılan addımların hamısıl dəyərlidir.YAP-ın Ağsaqqallar şurası elə rusistlərdən ibarət deyilmi?

Vətəndaş 2021-04-23 21:36:33

Bir güllə yaz açılmaz! belələri kifayət qədərdir.....

Özgür 2021-04-23 18:25:04

Azərbaycanın xaricdə də tanınan yeni "seks simvolu"

Niyaməddin 2021-04-23 17:19:56

Əla

Eli 2021-04-23 17:13:51

Deyirler damğa,leke insan ömründen uzun ölur.Mence bu adam ölsə də bu biabırçılıqdan qurtarmaz.....Allah ağıl versin ki bu bir de başqalarına ağıl vermesin

Фаиг 2021-04-23 17:02:47

Onun daınca da Siyavuşu, Elmanı,Hadını göndərmək laxımdır! Əxlaqsızın tərəfin saxlayan.lər! Ölün,yerə girin! Sabir də deyir ki, “yazıçıdı, ağsaqqaldı ...” mən nə bilim nə zibildi! Utanmır, tərəf saxlayır. Nə var, nə var kişinin yerlisidi.... Ayıb olsun sənə də! Əxlaqsızı qoruyan ondan da.....! O .... heç nə danışığını bilmir, savadı çatmır...,ağlı yoxdur. Telefonda əvvəl danışır, sonra deyir ki, mən deyiləm.... Hamınızın boyun yerə soxum!!!

Gafar 2021-04-23 16:56:45

Iki oglu da vezifededi biri polisde digeri xin de gerek onlarida chixaralar, ve diger gohumlarini yaxwi pullu yerlere goyduuwdu . Utanmaz....., di ged indi ...

Azər 2021-04-23 16:42:08

Qərarı gözləmədən üzü sulu ikən görüntülərin yayıldığı gün bütün vəzifələrindən istehfa verməliydi. Bəlkə də fikirləşib ki, günahından keçərlər.

Mubariz 2021-04-23 16:27:11

Nə oldu Siyavuş ,nə oldu hadı ,nə oldu Sabir ,deyirdiz quramadır ,oruc tutur ,yazır sol əli ilə ,utanın

t.ədalət 2021-04-23 15:47:49

illərdir müharibə əlillərinin haqqını tapdayan ƏƏSMN- nin DSMF-nun rəhbərliyinin əlillərə verilən mənzillərin başına oyun gətirdiyindən yazılır,hələ də hökumətdən reaksiya hiss olunmur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol