Menu

ŞİRƏLİYEVİ ƏVƏZ EDƏCƏK TEYMUR MUSAYEV KİMDİR? - Yeni birinci müavinin DOSYESİ

23.04.2021, 17:19
ŞİRƏLİYEVİ ƏVƏZ EDƏCƏK TEYMUR MUSAYEV KİMDİR? - Yeni  birinci müavinin DOSYESİ

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin edilib və dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona tapşırılıb.

"Report" xəbər verir ki, T.Musayev 1987-94-cü illərdə ATU-da tibb təhsili alıb. O, 2003-2004-cü illərdə Strastburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə biliyini artırıb. 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

2007-2015-ci illərdə N.Tusi adına Klinikada direktor, 2015-2018-ci illərdə Dobromed Baku Hospitalda direktor, 2016-2019-cu illərdə Qəbələdə yerləşən Chenot Palace Health Wellness Hotelində tibbi direktor, 2019-2020-ci illərdə İtaliyada, Medwellness& SPA mərkəzində baş beynəlxalq məsləhətçi, 2020-ci ildən isə Səhiyyə Nazirliyində Səhiyyənin Təşkili Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edib.

Şərhlər

İ.Mustafaoğlu 2021-05-01 22:01:44

Nazir vəzifəsinə layiqdir !

Azad 2021-04-24 21:30:53

Ola biler T. Musayev yaxshi insan olsun, yaxshi hekim olsun.amma, nazir ve ya nazir evezi ola bilecek adam uchun sakit ve zeifdir. Ne bilim.....

Səlimov-a 2021-04-24 20:38:47

Bu necə olur? Riqa harada,Azərbaycanda klinika harda? Çox əcaib və anlaşılmaz tərcümeyi-haldır.Belə tərcümeyi hal Sahil Babayevin də təyin olunanada məlumatda yazılıb.Belə kadrlar harada yetişdirilir?k

.EJDER lox 2021-04-24 17:50:30

aye,bunlarin hamisinin tercumeyi- hali muemmalidi...

Elshen 2021-04-24 15:21:02

Beyem magistraturanin qiyabi bolmesi olmur?

Səlimov 2021-04-23 21:29:13

Eyni vaxtda iki stulda oturmaq asan deyil.Həm Riada magistraturada oxu.həm də eyni vaxtda AZərbaycana klinika müdiri işlə! Vallah insanlar vinderkindirlər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol