MƏHƏRRƏMOVLARIN "KİTABI" NİYƏ BAĞLANDI? - İki əsas səbəb

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı müzakirələr səngimir. Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi olmuş Anar Məhərrəmovun atasının güdazına getdiyi iddiası var.

Abel Məhərrəmov oğlunun geri çağırılmasından sonra açıqlamasında onun işsiz qalmayacağına ümid etdiyini açıqlayıb. Lakin onun ümidlərinin doğrulmayacağı xəbəri də var. 

Qeyd olunur ki, Abel Məhərrəmovun 2 ilin ərzində 2 ciddi “çp”si onunla bağlı “yuxarılarda” çox ciddi inamsızlıq yaradıb. Onun adı rektor olduğu dövrdə daha çox İspaniyada səfir olan oğlu Anar Məhərrəmovun işləri ilə bağlı çəkilirdi. İspaniya sahilləri yaxınlığında qəzaya uğrayan Türkiyə gəmisində olan Azərbaycan vətəndaşı, 52 yaşlı Sadiq Tağıyevin ailəsi səfirin fəaliyyətsizliyindən, vətəndaşa laqeyd münasibətindən şikayət etmişdi. Bu haqda mətbuat yazandan sonra Abel Məhərrəmov Xarici İşlər Nazirliyinə gedib oğlu haqqında şikayətlərə görə narazılığını bildirmişdi. Hətta oğlundan şikayətçi olanların cəzalandırılmasını belə tələb etmişdi.

O günlərdə səfir Anar Məhərrəmovun İspaniyada şərab biznesiylə məşğul olması, hətta Madriddən Bakıya konkret restoranlara şərablar göndərilməsi barədə məlumatlar yayılmışdı. İspaniyadakı azərbaycanlıların Sadiq Tağıyevlə bağlı XİN-ə ünvanladıqları şikayət məktubunda da bu məsələyə toxunulmuşdu. Abel Məhərrəmov oğlunun fəaliyyətilə bağlı şikayətlərdən danışarkən şərab biznesi haqda bildirmişdi ki, İspaniyadan şərablar restoranlara deyil, konkret şəxslər üçün göndərilir və bundan hamının da xəbəri var.

İşdən çıxarılandan 1 həftə əvvəl, 2018-ci il noyabrın 3-də Abel Məhərrəmov biabırçı qalmaqalın mərkəzi fiquruna çevrildi. Belə ki, Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə səfərə çıxıb. “Airbus-319 A” təyyarəsi ilə uçmağa hazırlaşan təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru Abel Məhərrəmovun 2 tonluq baqajı olub. 

Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib. Həmin yük onun səfir oğlunun şərab biznesinə aid çəlləklər olub.


Şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır. Həmçinin o, səfər zamanı “Eurostar Madrid” otelinin restoranında millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt dava salıb. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb.

Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Axşamkı kef məclisindən sonra özünə gələ bilməyən Abel Məhərrəmov olduqca yayğın olub, məntiqsiz və rabitəsiz sözlər səsləndirib. Orada olan yerli və xarici jurnalistlər, həmin gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyiblər. Bu olaydan sonra Abel Məhərrəmov tutduğu vəzifədən azad olundu.

Onun adı növbəti dəfə xüsusi karantin dövründə toy məclisinə qatılması ilə gündəmə gəldi. 2020-ci ilin avqustunda Abel Məhərrəmov Ramiz Mehdiyevin qız nəvəsinin toy məclisinə qatıldı, sabiq aparat rəhbərinin şəninə siyasi tost səsləndirdi. Bu saymazyana davranışın onun və oğlunun karyerasında bir şəkildə özünü göstərəcəyinə şübhə yeri qoymurdu.

Bu ilin martında keçirilən YAP-ın qurultayında Abel Məhərrəmov İdarə Heyətindən kənar saxlanıldı, adı “vurulmuş”lar siyahısında ilk yerlərdə çəkilirdi. 1 ay çəkməmiş oğlunu da yola saldılar. Gedişat onu deməyə əsas verir ki, Məhərəmovların vəzifə pillələrinə qapıları qapanıb.(musavat.com)

635x100

Şərhlər

Roma 2021-04-25 13:07:50

Abel Məhərrəmov, BDU-nun rektoru olanda tələbə qızın qaldırdığı rüşvət məsələsinə görə, qıza barmaq silkələyərək onu universitetdən qovmaqla hədələdi. Bu yutubda var...Rektorluğa qədər elə bir var-dövlət yiyəsi deyildi, ancaq indi, o qədər əmlakı var ki, saymaqla qurtarmaz...

rasim quliyev 2021-04-25 12:06:03

Abel meherremov duzunu deyin oglunuza gore ne qeder rusvet vermisiz XiN kishi kimi deyin.

Adil 2021-04-25 07:27:53

Allah cezanizi versin ! boqaziniza rak cixsin !!!!

Veteran 2021-04-24 23:16:34

Bunların özləri nə seydirlərki,uşaqları nə zad olsun. Dədələrinin hesabına karyera qyryblar.Bunun kimilərinin hamısının aqibəti dəhşətli olacaq.Hələ harasıdır.

Akif 2021-04-24 18:38:24

qardawi Edliyye nazirliyinde Kadrlar idaresinin reisidir Rauf Meherremov

.EJDER lox 2021-04-24 17:52:30

aye bunlar toxunulmazdilar,ramiz mehdiyef kimi,kim ne deyi,desin

t.ədalət 2021-04-24 17:11:07

Bu gün bizim dərdimiz Abel M\əhərrəmovun pullarını saymaq deyil.Talançı deyillər,büdcə pullarılnı oğurlamırlar və başlıcası Rusiyaya casusluq eləmirlər.Bu gün bizim ən böyük dərdimiz Putinçi böyük casus şəbəkəsi olmalıdır.Balalarımızın ölümünə vasitə olan kəşfiyyatçı hərbiçilərin cəzalandırılması vacibdir....

Sabir 2021-04-24 15:03:49

Butun goaterdiyiniz sebebler bow weydi ,biraz axrinci aglabatindi yani ramizin nevesinin toyu

Ayrum 2021-04-24 15:03:24

hörmətli redaksiya, XİN-sistemi Azərbaycanda kök salmış amansız qohumbazlıq və korrupsiyanın ayrılmaz hissədir, hələ də burada hər çey pul ilə satılmaqda və alınmaqdadır, yanı pulunu verib-işini görürsən. Pulun oxdur, 3-cü ölkənin xüsusi xidmət orqanarı ilə laqəyə girib, onladan pul alıb Xin-ə verirsən... bax belə işləyirik.... Odur ki, Abel kimi harınlamış cinayətkar məmurun oğlu kimi şoxlu digər harın aılələlrin uşaqları xin-də at çapırlar. Tazə nazir isə köhnənin atasına rəhmət oxutdurur. İndi rüşvət mərkəzləşdirilib, hər şey bir qazana yığılır və bir qazandan da paylanılır. ..

Mubariz 2021-04-24 12:30:25

Acından öləcəklər ,yazıqlar ,hesablarını yazın təqaüdümdən pul ayıracam

Son yazılar