MÜDAFİƏ NAZİRLİYİNİN 3 GENERALI İŞDƏN ÇIXARILDI - FOTO

Müdafiə Nazirliyinin üç generalı işdən çıxarılıb. 

Məlumata görə, AR Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, MN-nin İdealoji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev tutduğu vəzifədən azad oluranaraq, təqaüdə göndərilib.

General-mayor Rasim Əliyev təqaüdə çıxması ilə bağlı Unikal.org-a danışıb: “Təbii ki, bir az istirahət edəcəm. Pensiya yaşından üç ildən artıq xidmət eləmişəm. Mən cənab Prezidentin əsgəriyəm. Gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı əlimdən nə gəlirsə, imkanım nəyə çatırsa, xalqımın, dövlətimin yanındayam”.

635x100

Şərhlər

pensiyacı 2021-05-03 13:43:04

rasim əliyev hərbici deyildi adi tarix müəllimi idi eraz olduguna görə general edib soxuşdurmuşdular orduya

Əjdərə 2021-04-26 18:21:12

Müharibənin ilk günləri Nəci vəzifəsindən azad olunub və bu sərəncam şəxsi heyətə çatdırılıb. Odurki, narahat olmaginan.

.EJDER lox 2021-04-25 18:04:14

on aydi ,,rewadet,,ordenlo necmeddin sadikof iwde yoxdur,emr verilmeyif,bu boyda qanunsuzluq olar,bu hakimiyyetde qanun,manun bow weydi

t.ədalət 2021-04-25 13:46:06

ƏSGƏRƏ: Siz xaricdə təhsillə Rusiyada və rusca təhsili qarışdırmayın.Biz bunu rus sevdalısı general Əliağa Şıxlinskidən üzübəri görürük.Rusiya,ancaq özünə casus hazırlamaqla məşğul olan ölkədir.

esger 2021-04-25 00:54:05

A bala əgər kimsə xatricdə təhsil alır o demək deyil ki ,O həmin ölkənin maraqlarını müdafiə etməlidir Kimin qabında nə var odur Miralamovları, Vilyamları, Fazilləri və diqərləri xaricdə yetişmiyiblər

Helime 2021-04-24 21:32:12

Ishden chixarilib nedi? Yazin ki, teqaude gonderildi. Niye bele bashliq qoyursunuz?

t.ədalət 2021-04-24 20:14:05

Əsas çıxarılmalı olan Kərim Vəliyev idi.Rusiyanın yetişdirib göndərdiyi zabitlərin hamısı o məsələ.

Son yazılar