Menu

NİKOL PAŞİNYAN İSTEFA VERDİ - Səbəbini açıqladı

25.04.2021, 11:09
NİKOL PAŞİNYAN İSTEFA  VERDİ - Səbəbini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdan gələn növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı vəzifəsindən istefa verdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində xalqa videomüraciətində deyib.

"İyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bu gün vəzifəmdən istefa verirəm", - o deyib.

Paşinyan daha əvvəl Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib. O bildirib ki, parlamentin buraxılması mexanizmini işə salmaq üçün apreldə rəsmən istefaya gedəcək, lakin seçkilərə qədər hökumətlə rəhbərlik edəcək.

Instagram

Bizim Instagram kanalımıza abunə olun

Şərhlər

t.ədalət 2021-04-25 21:08:44

Paşinyanın bu mədəniyyəti ermənistanın demokratik bir dövlət oluğuna işarədir.Rusiya bu ölkəni nə qədər qatıb-qarışdırsa da hakimiyyətə gəliş üçün bürokratik əngəlləri tətikləyə bilmir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol