yənin «Vətən» partiyası aprelin 26-da Ankarada Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyinin qarşısında mitinq təşkil edib. Tədbir iştirakçıları ölkə ərazisində ABŞ hərbi bazalarının bağlanmasına və Krımın rəsmi olaraq, Rusiya əpazisi kimi tanınmasına çağırıblar.
Tədbir ABŞ prezidenti Co Baydenin 1915-ci ildə Osmanlı imperiyasında “erməni genosidini” tanımasına cavab olaraq keçirilib.
«Baydenin hücumuna sözlərlə cavab vermək olmaz. Tədbirlərin görülməsi mütləqdir. «İncirlik» və «Kürəcik» təcili surətdə Türkiyə Silahlı Qüvələrinin tam nəzarəti altına alınmalı, Amerika ordusu isə 15 gün ərzində öz ölkələrinə göndərilməlidir» - partiyanın bəyanatında deyilir.
«RİA Novosti» agentliyinin xəbər verdiyi kimi, «Vətən» partiyasının Baş katibi Özgür Burçalı əlavə edib ki, Rusiya, İran, Azərbaycan və Quzey Kipr Türk Cümhuriyyəti ilə diplomatik təmasları inkişaf etdirmək lazımdır.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin «Vətən» partiyasının lideri Doğu Perinçek Amerika hərbçilərini «İncirlik» avaibazasından qovmağa çağırıb.
«Türkiyə silahlı qüvvələri təcil surətdə «İncirlik» aviabazası üzərində tam nəzarət qurmalı və 15 gün ərzində oradakı Amerika hərbçilərini evlərinə göndərməlidir» - siyasətçi bəyan edib.
AzPolitika.info


Şərhlər
Türkiyə kimə görəsə özünə məxsus olan Krımı heç vaxt Rusiyanınkı hesab edə bilməz.Bu çıxışdan erməni üfunəti duyulur.Düşmən fürsətcil olur.Hər yerdə,hər vaxt əlinə keçən imkanı tətikləyir...