Menu

"O MƏNİM QIZIM YERİNDƏDİR..." - Mirələmov əxlaqsız hərəkətindən danışdı

27.04.2021, 11:56
"O MƏNİM QIZIM YERİNDƏDİR..." -  Mirələmov əxlaqsız hərəkətindən danışdı

Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılandan sonra o, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiriYAP Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edildi.

"AzPolitika.info" xəbər verir ki, sözügedən video ilə bağlı sabiq millət vəkili Unikal.org-a müsahibə verib:

- Hüseynbala müəllim, necəsiniz?

- Babatam.

- Məlum video ilə bağlı nə deyə bilərsiniz?

- Həyatdır. Oldu keçdi. Ümumiyyətlə, yanvar ayında olan hadisəni indi qabartmaqda məqsəd nədir? Yəqin ki, şantajdır. Mən heç kimi qınamıram. Yeganə təsəllim odur ki, insanlara əzab verən, onlara zülm edən adamların cəzasını Allah verəcək. Bu tip videoların yayılması ilə biz cəmiyyətin əxlaqını pozuruq. Həyatda belə insanlar var ki, alçaqlıq edirlər. Qoy onların cəzasını Allah özü versin.

- Hüseynbala müəllim, videodakı xanımla hər hansı əlaqəniz olub?

- Ay qardaş, nə danışırsan? O mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır. İnsanlar sosial şəbəkədən əl çəkmirlər, amma təəssüflər olsun ki, bir dənə kitab oxumurlar. Ancaq işləri-gücləri "Facebook"da onu-bunu lağa qoymaqdır. Deputat dostlarım da məni tənqid ediblər, etsinlər, sağolsunlar. Mən heç kimi qınamıram. Bizim partiyamız da çox düzgün qərar verdi. Bu, partiyamızın nüfuzuna xələl gətirə bilərdi deyə, mən YAP-dan uzaqlaşdırıldım

.

- Hüseynbala müəllim, həmin video yayılanda hansı hissləri keçirdiniz?

- (Sükut çökür və bir qədər sonra) O hissləri sözlə ifadə etmək mümkün deyil. Ümumiyyətlə, bu, şantaj xarakterli idi. Məni şantaj etdilər. O, universitetdə konfrans zamanı olub. Bu videonu yayan adamlar tapılmalıdır.

Şərhlər

Veteran 2021-04-28 11:51:31

Bu nə qədər abırsız.həyasız adamdır.Hə bir danışırda....

vidadi goyce 2021-04-28 08:38:34

metamorfoza

oxucu 2021-04-27 19:43:13

MİRƏLƏMOV YAZDIĞI ƏSƏRLƏRİN QƏHRƏMANIDIR.SƏNİN YAZDIĞIN O ƏSƏRLƏR SƏNİN BAŞINA DƏYSİN.MƏN DEDİM XƏCALƏTDƏN BU ADAM ÖLƏR ANCAQ ÖLMƏDİ DƏ.

Ayaz 2021-04-27 19:34:02

YAP-ın bundan artıq kadrı olmaz.Xəcalət!

Mirələmova 2021-04-27 16:48:40

Hüseynbala bəy,adam da qızı yerində olanın kamera qarşısında arxasına əl çəkər? Adamda həya,abır yaxşı şeydir.Onsuz da sizlərdə bunlardan əsər-əlamət olmayıb və yoxdir.

Habil 2021-04-27 16:42:29

...... ged öldə ay goca əxlaqaız, hələ arsızlıqa baxın ki danışırda , haqlı haqsız axtarır. Maraqlıdı bunun ailə üzvləri nədeyir?

Ağasəf 2021-04-27 15:50:37

O mənim qızım yerindədir deyəndə heç utanmır?

Cəmşid Dərələyəzli 2021-04-27 15:32:42

.Adətən belə admalar abırsız olurlar. Hələ bir utanmadan da çıxıb danışırlar. Heç olmasa denən əməllərimi bədəlini mənə yaşadanlara çox sağ ol deyirəm. Bu da olsun üzr, bitsin getsin. Sənin kimi adamlar vəzifə kürsülərində çoxdur hələ. İnşallah bir qisminiz bax beləcə öz məkirlərinizin qurbanı olacaqsınız, bir qisminizi də Ölkə Başçısı Qarabağın statusu kimi cəhənnəmə göndərəcək.

Oxucu. 2021-04-27 15:28:46

İnsan daışdıqca kimligini göstərir,qoyun birazda danışsın.

Xalq 2021-04-27 14:34:38

bunun üzrü günahından pisdir, a "kişi" deməli sən o....

Cavan 2021-04-27 14:05:17

AY KEÇMİŞ DEPUTAT BOŞ-BOŞ DANIŞIB ZİBİLİ LAP İÇİNƏ GİRMƏ.ONSUZ ZİBİLİN İÇİNDƏSƏN.SƏNİN KİMİ DEPUTATIN KEÇMİŞ DƏ OLSAN ....

Roma 2021-04-27 13:13:04

Görün bu insan milləti necə ələ salır: 1) istər yanvarda olsun istərsədə apreldə, bu 2-3 ay fərq nəyi dəyişir?..2) "babatam, oldu keçdi"...düzgün ləyaqətli bir insan, səmimi şəkildə günahını etiraf eləsə və ümumiyyətlə babatam yox, çox pisəm, depressiyadayam demiş olsa yenə hardasa tam olmasa da başa düşülər...3) kimlərisə Allaha tapşırırsan, mən də səni Allaha tapşırıram, bu işdə qoy Allah hakim olsun...4) "Ay qardaş, nə danışırsan? O mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır."...deyirsən, yaxşı qızın yerindədisə və Allah kəlməsini dilinə gətirirsənsə necə başa düşək, heç ləyaqətsiz adam qızının arxasına əl vurmaz, nəinki ləyaqətli...Bir sözlə, özün-özünü mühakimə et...

buzovnali 2021-04-27 12:51:09

Videonu yayan adami tapmag oiar. Amma videodaki adami asmaq da azdir.

Eli 2021-04-27 12:32:22

Bir ata ölüm ayağında oğluna teselli vererek deyirmiş:Oğul sen narahat olma bu heyatım qanunudur hsmı ölüm şerbetini içmelidir,ancaq yadından çıxarma men heyatı boyu ele emel sahibi olmamışam ki,adım gelende övladlarım cevalet çeksinler.

t.ədalət 2021-04-27 12:14:31

H.Mirəlov qadın arxasına toxunuşla indiyədək yaza bilmədiyi böyük əsərini yazdı.Bircə qalıb Səlim Babullanın əsərə münasibəti.Biz də H.Mirələmova neçə belə əsərləri yazmaq arzusu diləyirik.Halal olsun!Əsil YAP-çı kimi adınızı zamanın kitabına yaza bildiniz!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol