Milli Məclisin bu gün keçirilən plenar iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, dəyişiklik layihəsinin məqsədi prokurorluq işçilərinin maddi təminatının gücləndirilməsidir.
Belə ki, dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Şərhlər
Vaxtilə DYP-də maşını 2 dəfə artırdılarki rüşvət almasınlap
Əla. Rüşvətin qarşısının alınması üçün vacib mexanizmdir. Lakin digər daha vacib şeylər də paralel olmalıdır. dövlət ittihamçısı bilərəkdən səhv (fərq etməz yüngül ya ağır) cəza istəyərsə əmlakı müsadirə olunmaqla 12-15 il , bu hərəkət bilmədən olunduqda 7 il azadlıqdan məhrum edilməlidir. Məhkəmələr azad olmaıdır. İşçiləri sayi 3 -4 dəfə azaldılmalıdır. İbtidai istintaq müddəti 6 aydan çox olmamalıdır. Və s.
Prokurorluq işçiləri öz qazanclarından əlavə hər ay öz rəhbərləri üçün yüz minlərlə manat aylıq haqq ödəyir..