Menu

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu dəfn edilib - FOTOLAR

27.04.2021, 19:18
Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu dəfn edilib - FOTOLAR

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Ələkbər Əlövsət oğlu Musayev dəfn edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, onun nəşi Cəlilabad rayonunun Mollalı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Ə.Musayev Cəlilabad rayonunun Vətən müharibəsində verdiyi 97-ci şəhiddir.

Xatırladaq ki, şəhidin atası cənazə həyətə gətirilən zaman qurban kəsib.

Ə.Musayev 7 aya yaxındır Murovdağ istiqamətində itkin düşmüşdü.

Şərhlər

Xalq 2021-04-27 21:53:08

Allah şəhid balamıza rəhmət eləsin! Məkanı cənnət olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol