SƏHİYYƏNİ ŞİRƏLİYEVİN KADRLARINDAN "TƏMİZLƏYİRLƏR"... - İki böyük xəstəxananın rəhbərliyi dəyişdi + FOTO

1 saylı Tibbi Klinik Mərkəzin (“Semaşko") direktoru Qafarov İlham Heydər oğlu işdən çıxarılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub.

***

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.

Musavat.com xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

Qeyd edək ki, Telman İbadov 2020-ci il Naxçıvan Ali Məclisinə seçimlərində 45 saylı Aza dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olub və deputatı seçilib.

Qeyd edək ki, bir qədər əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib. İşdən çıxarılanlar da onun kadrları hesab olunur. 

Qeyd edək ki, bu yaxınlarında həbs olunan səhiyə işçiləri də Oktay Şirəliyevə yaxın şəxslər hesab olunurdu. 

"AzPolitika.info"

Azər İsmayılov

635x100

Şərhlər

Pisi 2021-04-29 01:15:48

Sehiyye nazirliyi varsa tebib neye gerekdi.onsuzda 2 de bir ise yaramir

Sədrəddin 2021-04-28 21:00:33

Şirəloyev və Ramin Bayramlıdan sonra Azərbaycanda səhiyyədən nə qalıbki?Quru ad.Bütün azacıq imkanı olanlar xarcə müalicəyə gesir.Əlacsızlar isə xəstəxanaya düşdükdə nadir hallarda oradan sağ çıxır özü də olan qalanını xəstəxanalarda qoyurlar.

Həkim 2021-04-28 20:55:32

Pandemiyada TƏBİB xeyli varlandı.Dövlət test avadanlığın özəl klinikaya oğurlatestıyıb apardı.testlərdən böyük miqdarda pul qazandı.Xəseəxanalar xəstələri pulla götürdülər.yenə qazandı.HHəkimələ dərman qazancları bir yana.Bu pullar hara və kimin cibinə gedir?Bunu düşünən varmı?Ona görə Bayramlı! gedir?Bıa b

Valeh 2021-04-28 18:05:32

Səhiyyə nazirliyi nə işlə məşğuldur? TƏBİB-ə arxayın olan şamsız qalar...

Azad 2021-04-28 16:28:36

Ramin Bayramli ozunu " temizliye cixartma" ishlerine bashlayib

Son yazılar