Menu

"Qaçqınkom"un Bakıda tikəcəyi 3 yaşayış binasının təyinatı məlum deyil - Rəsmi münasibət

28.04.2021, 15:45
"Qaçqınkom"un Bakıda tikəcəyi 3 yaşayış binasının təyinatı məlum deyil - Rəsmi münasibət

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Bakıda daha 3 yaşayış binası tikməyə icazə verilməsinə dair yayılan məlumata münasibət bildirib.

Komitənin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev APA-ya açıqlamasında bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Bakıda daha 3 yaşayış binası tikməyə icazə verilməsi ilə bağlı məlumat yerləşdirilib.

O qeyd edib ki, həmin binaların gələcək təyinatı hələ bəlli deyil.

Şərhlər

M.Əsgərov 2021-04-28 16:56:23

bu "qaçqınkom" qaçqınlardan başqa kimə və nəyə desən xidmət edirlər..........

Sual 2021-04-28 16:37:21

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında , "Qaçqınkom" un Bakıda 3 yaşayış binası tikməyə icazə verilməsi ilə bağlı məlumat yerləşdirilib. NIYE , "Qaçqınkom" un Bakıda tikəcəyi 3 yaşayış binasının TEYINATI MELUM DEYIL , belke .............??????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol