Türkiyənin İstanbul şəhərində böyük qətliamın qarşısı alınıb. Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Nazir bildirib ki, PKK terror mənsubları 28 apreldə Türkiyəyə 5 kiloqramlıq partlayıcı qurğu gətiriblər: "5 kiloluq partlayıcı avtovağzalda bir nəqliyyatın altına yerləşdirilmişdi. Partlayıcı təsbit edildi və bunu yerləşdirənlər yaxalandı. Partlayıcı zərərsizləşdirildi, 2 nəfər isə saxlanıldı".
Qeyd edək ki, əməliyyat anı kameralara yansıyıb. Musavat.com həmin görüntüləri təqdim edir.


Şərhlər