Ukraynanın Donbass şəhərinin xüsusi statusu barədə qanun bu gün ölkənin rəsmi Parlament qəzeti olan “Qolos Ukrainı”da dərc edilib və qüvvəyə minib.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, Ukrayna Parlamenti bu gün Donbassın bir sıra rayonlarında bərpa tədbirləri barədə qanun qəbul edib.
Bundan başqa, ölkə prezidenti Pyotr Poroşenko Donbassın xüsusi statusu barədə qanun kimi də tanınan müvafiq qanun imzalayıb.
Sənədə əsasən, şəhərdə istənilən dildən azad istifadə azadlığına zəmanət verilir və Rusiya ilə transsərhəd əməkdaşlığına həvəsləndirilir.
Sənəddə Donbassdakı münaqişə iştirakçılarına amnistiya verilməsi, onların Donetsk və Luqansk vilayətləri ərazisindəki fəaliyyətdə iştirak etdiklərinə görə təqib edilməmələri və cəzalandırılmamaları nəzərdə tutulub. Dekabrın 7-də isə yerli seçkilərin keçirilməsi planlaşdırılır.
Qanun üç illik qüvvəyə malikdir.


Şərhlər