Menu

Aİ Britaniya ilə sazişin ratifikasiyasını tamamlayıb

29.04.2021, 19:44
Aİ Britaniya ilə sazişin ratifikasiyasını tamamlayıb

Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın ittifaqdan çıxmasından sonra Londonla ikitərəfli əlaqələrə dair müqavilənin ratifikasiya prosedurunu tam başa çatdırıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün yaydığı açıqlamada deyilir.

“Bu gün şura Aİ ilə Böyük Britaniya arasında ticarət və əməkdaşlığa dair, eləcə də, informasiya təhlükəsizliyinə dair müqavilə bağlamağa qərar verib. Bu, Aİ üçün razılaşmaların ratifikasiyasında yekun addımdır”, – açıqlamada deyilir.

Bir qədər öncə, Avropa Parlamenti də Krallığın ittifaqdan ayrılmasından sonra Aİ ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrə dair müqaviləni təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol