Menu

Maliyyə Nazirliyinin qurumu 2 mln manatlıq proqram təminatı alır

30.04.2021, 11:28
Maliyyə Nazirliyinin qurumu 2 mln manatlıq proqram təminatı alır

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi məlumat mərkəzində yerləşən avadanlığın dəstəklənmə müddətinin uzadılması, ehtiyat surətlərin saxlanılması və bərpası üçün aidiyyatı avadanlıq, proqram təminatının satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "İnfinitech" MMC-dir.

Qalib şirkətə 1 mln 971,5 min manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol