Menu

İsraildə matəm elan olunub

30.04.2021, 14:09
İsraildə matəm elan olunub

İsrailin Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı baş verən faciə ilə əlaqədar mayın 2-si ölkədə milli matəm günü elan edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu video-müraciətində bildirib.

Qeyd edək ki, mərasim zamanı yaranan izdihamda 44 nəfər ölüb, 50 nəfər yaralanıb.

Şərhlər

Xalq 2021-04-30 17:14:20

Rəhmətə gedənlərə Allah rəhmət eləsin! Yaralananlara isə Allahdan şəfa diləyirik!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol