AZAD RƏHİMOV VƏFAT ETDİ - Cənazəsi ABŞ-dan Bakıya gətirilir (Yeniləndi)

Gənclər və idman naziri Azad Rəhimov vəfat edib.

APA xəbər verir ki, bir müddətdir, ABŞ-da müalicə olunan A. Rəhimov 57 yaşında dünyasını dəyişib.

Onun cənazəsi Azərbaycana gətirilir. 

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dünyasını dəyişib.

“Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu, böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim.

Bir müddət bundan öncə onunla danışanda: "Azad müəllim, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var", yazmışdım.

Cavabı: "Gözlə, gələcəm" olmuşdu. Azad müəllim, axı Siz hər zaman sözünüzə sadiq olmusunuz. Bəs bu dəfə niyə belə etdiniz? Niyə gözümü yolda qoydunuz? Sizsiz mənə çox çətin olacaq Azad müəllim. Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi göynədəcək, ürəyimi yandıracaq. Sizin yoxluğunuzla mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım. Allah mənə 14 il Sizinlə çiyin-çiyinə çalışmmağı, Sizdən öyrənməyi, Sizin məktəbi keçməyi mükafat olaraq nəsib etdi. Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun mərd, sözü, əməli bütöv, mərhəmətli MÖHTƏŞƏM İNSAN!

PS: Bu günlərdə dualarını əsirgəməyən, xoş sözlər yazan, cənab nazirin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edirəm!”, - deyə Səmayə Məmmədova özünün feysbukdakı səhifəsində qeyd edib.

***

Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.

Bu barədə Milli Olimpiya Komitəsinin rəsmi feysbuk səhifəsi məlumat yayıb:

"Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan mərhuma rəhmət diləyirik", - məlumatda deyilir.

Qeyd edək ki, Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.  Tanınmlş dövlət xadimi Sadıq Rəhimovun nəvəsidir. 

1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universiteti nin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub. 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb.

1987–1989-cu illərdə Azərbaycan LKGI Xətai rayon komitəsində şöbə müdiri,

1989–1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib.

1994–1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru,

1998-ci ildən 7 fevral 2006-cı il tarixədək "İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin № 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilmişdir.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

fariqa25 2021-05-01 10:21:31

Yaxsi insan idi, Allah rehmet etsin

Millət 2021-05-01 08:44:44

Allah rəhmət eləsi! Ancaq xalqın millyardlarını o da atdı getdi

ejder 2021-04-30 23:56:48

pul,var dovlet ne oldu,,bu da formula,,

Azadə 2021-04-30 22:20:04

İdmanla çox məşgul oldugundan cavan getdi.Zərdabda əhalinin 3500 hektar əkin torpagini on ildir zəbt eləmişdi. On ildir Zərdabi buna görə nalə çəkirdi...İndi gözləyirik ki torpagı qaytaracaqlar özümüzə.Çünki daha ona 3500 hektar yox 2 kvadrat yer bəs edəcək.

t.ədalət 2021-04-30 22:00:05

Ölənlərə rəhmət.Ancaq ...

Samir 2021-04-30 21:55:15

Anar Əhmədov. Niyə?

Səbuhi 2021-04-30 21:47:52

ALLAH rəhmət eləsin

Eko 2021-04-30 21:40:15

Rehmet. Yaxshi adam idi

Eko 2021-04-30 21:35:30

Yeqin oqlun qoyallar yerine ))) derd

RT 2021-04-30 19:49:24

hmmmm pulda komek elemedi

Kamil Hamidov 2021-04-30 17:37:58

Allah rehmet etsin!

Anar Əhmədov 2021-04-30 17:31:13

Allah rəhmət eləsin, məkanı cənnət olsun!

Son yazılar