Amerika Birləşmiş Ştatları (ABŞ) ordusunun Əfqanıstandan çıxarılması Vaşinqtonda təşkil olunmuş və koordinasiya edilmiş kimi təqdim edilsə də, bu, adi qaçışdır. Amerikalılar müharibəni uduzublar və indi bu ölkəni taleyin ümidinə buraxırlar.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatına (KTMT) üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin iclasının yekunlarına əsasən bəyan edib.
Patruşev xatırladıb ki, bu oyunu məhz amerikalılar qurublar - Əfqanıstanı bölgədə öz geosiyasi təsir məkanına çevirmək məqsədi güdüblər.
«Məhz ABŞ - indi özünün Əfqanıstanda hərbi iştirakını yığışdıran ölkə, SSRİ-yə qarşı durmaq üçün öz vaxtında «Taliban»ı yaradıb və ardınca ondan «Əl-Qaidə» çıxıb - Patruşev izah edib - Artıq bir neçə onillikdən sonra Rusiya və onun həmkarları Amerika geopoltikasının ağır nəticələrini aradan qaldırmaqla məşğuldurlar, illərdir ki, ölkədə sabitlik yaradılması üzərində işləyirlər. Və elə həmin vaxt amerikalılar bu dağıdıcı oyunlarla məşğul olublar…»
O, qeyd edib ki, Rusiya əfqan tənzimləməsində təşəbbüsü heç vaxt əldən verməyib, KTMT üçün isə Əfqanıstandakı situasiya artıq neçə ildir ki, prioritet fəaliyyət sahəsi sayılır. Bu zaman Rusiya Əfqanıstanda tərəflərin barışması və sabitlik üzrə bütün maraqlı dövlətlərin səylərini dəstəkləyir.
AzPolitika.info


Şərhlər
Gedin güzgüyə baxın.Əgər gözləriniz qıllanmayıbsa Gorbagor Pyoturun gədələri
Ondan əvvəl siz məhv olmuşdunuz ay ZIRVA-ZIR gədəsi.
ABS ne qeder pis olsa da bunlardan yaxsidi
Tehlükesizlik şurasının katinine bax da guya bunlar SSRİ göneminde Efqanıstandan qalib kimi çıxmışdılar.Efqanlar bunlarla atın ,eşşeyin üstunde vuruşa vurşa ölkeden qovdular.Tarixde Efqanıstana qalib gelen yegane hökmdar Nadir Şah Efşar olub.Onda dz ölke yeqin ki narkotik ixracı ile meşğul deyildi yoxsa o da qalib gele bilmezdi nece ki,SBŞ başda olmaqla bütün dünya ne Efqanıstanın ne narkomafiyanın öhdesinden ne geld bilir ne de gelmek isteyir