Dünya Türkləri İş Adamları Dərnəyi qurulub

İş adamı Gencehan Tunayın rəhbərliyi ilə Ankarada Qısa adı DTÜRK olan Dünya Türkləri İş Adamları Dərnəyi qurulub. Bu barədə Musavat.com-a dərnəyin qurucuları məlumat veriblər.

Məlumatda bildirilir ki, Dünya Türkləri İş Adamları Dərnəyinin (DTÜRK) təsis edilməsində məqsəd 350 milyonluq Türk dünyasında iş birliyini inkişaf etdirmək, yeni cazibə mərkəzi yaratmaq və iqtisadi əsas olmaqdır.

DTÜRK müasir dəyərlər çərçivəsində Türkiyə, Türk dünyası və digər ölkələrin iş adamları ilə əməkdaşlığı hədəfləyir.

Dərnəyin qurucu prezidenti Gencehan Tunay məqsəd və hədəflərini belə izah edib: “Türk Dünyası ölkələri təxminən 350 milyon əhalisi, təbii sərvətlərlə zənginliyi və strateji mövqeyi ilə Yeni Dünya nizamında yeni cazibə mərkəzi və iqtisadi bazaya çevrilir.

Türk dünyasının tarixi və mədəni təcrübələrindən maksimum dərəcədə istifadə edərək türkdilli ölkələr və əlaqəli icmalar arasında çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək və bir araya gətirmək, əməkdaşlıq şurası yaratmaq, çağdaş ümumbəşəri dəyərlərə hörmət edərək Türk dünyasında və digər ölkələrdə Türkiyənin iş adamları ilə əməkdaşlıq həmrəyliyini yüksək səviyyəyə qaldırmaq, ölkəmizin iqtisadi və sosial inkişafında regional və sektor potensialından ən yaxşı şəkildə istifadə edərək texnologiya və yenilik imkanlarını qiymətləndirərək milli iqtisadi siyasət və regional davamlı inkişafın formalaşmasına töhfə verməyi hədəfləyirik.

Türk və qohum toplumların dünya ticarətində pay sahibi olması, strategiya və siyasət hazırlamaq, iqtisadi və siyasi inkişafı istiqamətləndirmək məqsədilə "Dünya Türkləri İş adamları Dərnəyi" adı altında bir qeyri-hökumət təşkilatı qurduq.

Mərkəzi Ankarada olan dərnəyimiz dünyanın bir çox ölkəsində, xüsusən də Türkiyədə, Türk dünyası bölgələrində nümayəndəliklər açaraq iş əlaqələrini inkişaf etdirəcək.

Dərnəyimizin missiyasını və vizyonunu inkişaf etdirmək üçün dəyərli insanlarımızı dərnək üzvü kimi görməkdən şərəf duyacağıq".

635x100

Şərhlər

Veteran 2021-05-01 22:38:48

ALLAH QÜVVƏT VERSİN !

Son yazılar